Qarabağ aynasında Azərbaycan

vahid qazi

Qarabağ aynasında Azərbaycan

Əhməd Ağaoğlunun “Xatirələr”, Çəmənzəminlinin “Studentlər”, Mehriban Vəzirin “Gövhər Ağa Cavanşir” kitabları üstündə Qarabağ düşüncəsi

Sözün axırını əvvəl demək kimi çıxmasın ulu babam Şuşada qazı olub, yəni şəriət hakimi. “Qazıyev” soyadımız ondan gəlir. Şəcərəmizi babam Həbibin atası Əlişəcən bilirəm. Zəncir qazıda qırılır. Bəlkə də öz adıyla yox, vəzifə adıyla çağırırmışlar deyə qazının adı gəlib bizə çatmayıb.

Heç, Rusiyada oxuyub Qarabağa qayıdan oğlunun da adını bilmirəm. Yəqin onu da adıyla yox, “qazının oğlu” deyə çağırırmışlar. Bir onu eşitmişəm ki, çox içirmiş. İçdiyi arağın boş şüşəsinə baxıb belə deyərmiş: “O butulkanın dibində yataydım, bir də durmayaydım”.

Mirzə Cəlilin “kefli İsgəndər”lərindən imiş.

Oxumağa davam et