Tanrı qapısı açılan gün – Novruz

Tanrı qapısı açılan gün – Novruz

Mənim Novruz inancımın qaynağı anamdan eşitdiklərimdir. Niyyət tutub qulaq falına çıxmasından, çərşənbə axşamları yuxuda gördüklərini səhər obaşdan axar suya pıçıldamasından elə məhrəmanə söhbətlər edərdi, deyərdin bəs, hansısa müqəddəs kitabda oxuduqlarını danışır. Danışdıqlarının onun üçün nə qədər ülvi olduğunu indi anlayıram. O, Novruza inanırdı. Sıradan bir inanmaq deyildi bu, məncə, həm də tapınmaq, sığınmaq idi. Onun bir söhbətini danışım, görün düzmü deyirəm.

Oxumağa davam et

Köç

dasalti susa xankendi

Köç

Duyğuların ən məhrəmi qəlbin ən dərin qatında qalanıdır. O dərya dərinliyinə baş vuranda kəşf edirsən ki, sən demə, duyğuların təhtəlşüurda yaşayanı da varmış. Qanda, gendə, ruhda gizlənən kod kimi, fosil yaddaşı kimi… Oxumağa davam et