O. “Gəlmə”silsiləsindən

O

“Gəlmə”silsiləsindən 3-cü hekayə

Obaşdandı, üfüqdə günəş hələ boy verməyib. 

Şəhər indi-indi oyanır, uzaqdan zəif həniri gəlir. 

Baltik dənizinin ləpələri elə bil yuxudan kal durub – sahilə candərdi sürünür. Bala ördəklər də analarının arxasınca mürgülü-mürgülü üzür. Bayaq işə tələsən qonşu qadın da uşağını beləcə yuxulu aparırdı bağçaya.

Mənimsə yuxulu yorğunluğum yox, ayıq süstlüyüm var. Oyağam!

Oyaq olan bir də səba yelidi. Soyuq nəfəsiylə oyadır quşları, dənizi, şəhəri.

Oxumağa davam et

İsveçdə oksigen azlığı. Hekayə

AZAD QARADƏRƏLİ

İsveçdə oksigen azlığı

Hekayə

İsveçdə qürbət həyatı yaşayan tale qohumum Vahid Qaziyə

Burada – soyuq şimal ölkəsində isti nəfəsə çox ehtiyacım var. Amma hardandı o isti nəfəs? Hardan alım Azərbaycanın adamı qarsan, qarssa da yandırmayan, ana bətnindəymişsən kimi umudla qucan nəfəsi?..

Oxumağa davam et

Gəlmə. Mən dənizi eşitdim

Mən dənizi eşitdim

“Gəlmə” silsiləsindən

Bəzən elə bilirsən göy üzünü quşlara sən bağışlamısan. Çiçəklər də gün işığını sənə görə tanıyıb. Adamların üzündəki təbəssüm də səndən qopandır. Körpələr qığıltısını, uşaqlar gülüşünü səndən alıblar. Aşiqlərə də görüş yerini sən nişan vermisən.

Oxumağa davam et