
Feysbukda qalan yaddaş ləpirlərim
Ş ə k i l l i x a t i r ə l ə r t o p l u s u
Ön söz
Feysbuk səhifəmdə başqa heç yanda dərc olunmayan xeyli xatirə yazım var. Neçə ildir statuslarla, fotolarla bölüşürəm onları. Xatirə yazıları sosial şəbəkədə maraqla oxunan paylaşımlardandır. İtib batmasın deyə bir yerə yığıb ayrıca fayllarda saxlayırdım. Virtual dünya oxucusunun diqqətini çəkirsə, düşündüm, kitabsevərlərə də maraqlı gələr.
Nə zamansa Azərbaycanın, İsveçin Yazıçılar Birliyinin üzvü olsam da, özümü heç vaxt yazıçı saymamışam. Yəqin, bu sözün məsuliyyətini dərk etdiyimə görə. Yazdıqlarımı könül qeydləri bilmişəm. İstər iri həcmli povest, hekayə olsun, istər üç-beş sətirlik feysbuk statusu. Hərdən o könül qeydlərini mövzulara uyğun toplayıb kitab bağlamağım da olur. Səyahət, yurd, Qarabağ, mədəniyyət, incəsənət, ədəbiyyat yazılarından, azadlıq, demokratiya hekayətlərindən, müsahibələr toplusundan kitablar tərtib etdiyim kimi. Bu kitab da onlardan biridir.
Burada uşaqlıq xatirələrimlə yanaşı tələbəlik, əsgərlik, xalq hərəkatı illərində; Sovetin çöküşü, müstəqilliyin ilk çağlarında; müxtəlif ölkələrə səyahətlərdə rastladığım olaylar haqda qeydlərim toplanıb. Kitaba son 10 ildə yazılan ictimai, siyasi, mədəni, ədəbi və başqa mövzulu xatirə xarakterli feysbuk statuslarından bəzilərini də daxil elədim. Elə yazılan illərin ardıcıllığıyla da sıraladım.
***
Mənim yaddaş ləpirlərim sənə də tanış olan dünyaya aparır, dostum oxucu. Sadəcə, o tanış dünyaya mənim cığırımla çıxacaqsan.
Yüklə: