“Xəyal memarı” filmi

“Xəyal memarı” filmi

Mənə xəyalpərəst deyirlər. Fikir vermişəm, kitablarımı, yazılarımı diqqətlə oxuyanlar deyirlər bunu. Düz də deyirlər – xəyalpərəstəm!

Dəfələrlə yoxlamışam: xəyal arzu doğurur, arzu gerçəyə yol açır. Dünənki xəyalım bu gün gerçək olan kimi.

Yəqin elə buna görə Səadət Məmmədova filminin adını “Xəyal memarı” qoyub. Siz də baxın bu filmə. Rolumu – memarlığımı bəyənsəniz yeni xəyalların arxasınca gedəcəm. “Ruhlar şəhəri”ndəki “Xəyal memarı”nda tikdiyim şəhərə dönəcəm.

Ölürəm də xəyallar qurmaqdan ötrü…

Bir şərh yazın