“Adamlar və kitablar” silsiləsindən
Tamamlanmış yarımçıq portret
Əbdürrəhman Vəzirovun “Parterin ilk sıralarında” kitabı əsasında
Bir dəfə Azərbaycan Cümhuriyyəti haqda bir essedə yazmışdım ki, 23 cümhuriyyət ayı tariximizin “qara dəliyi”di. Bu yurdun az qala Paleolit dövrünü öyrədiblər bizə, amma burdan bura babalarımızın yaratdığı tarixi gizlədiblər.
Əslindəsə tək o deyil, başqa “qara dəlik”lərimiz də var. Məsələn, tariximizə “milli ruhun dirçəlişi illəri” kimi yazılası ötən əsrin 50-60-cı illəri kimi, yaxud milli-azadlıq hərəkatının yaranması və süqutu illəri (1988-1993) təki. Oxumağa davam et