Qanzasar xatirələri

Gandzasar-11

Qanzasar xatirələri

Vəngdən üzüaşağı Koladağadək (biz ona Koladayı deyirdik) uzanan yaşıl meşənin Damğanlı kəndilə Turş-su bulağı arasındakı yolun üstündə böyüklərimizin qurduğu çadır alaçıqların əl içi kimi göründüyü yerində “qala” quranda uzaq 1975-ci ilin qızmar Qarabağ iyulu idi. Biz – bir dəstə uşaq ulu babalarımızın da yaylamağa gəldiyi Koladayı meşələrində ən “strateji” yerin kol-kosunu təmizləyib, torpağından “qala” düzəldəndə, ağac budaqlarından cürbəcür silahlar qayıranda, çəpər çəkib “hərbi” düşərgə salanda, bir gün üzüyoxuşa – Qandzasar kilsəsinə, o biri gün üzüyenişə – nənəmizin çadırına ərzaq dalınca gizli “hərbi yürüşlər” edəndə hələ heç “Rembo” filmi çəkilməmişdi. Oxumağa davam et

Çexiyalı dostumun Qarabağ haqda yazısı

Hörmətli “Media forum”! Çoxillik dostum, çexiyalı jurnalist Petruşka Şustrovanın yol qeydlərini sizəqalaalti göndərirəm. Ötən ay Dağlıq Qarabağda olub. Çexiya İctimai Televiziyasının sifarişi ilə Qarabağ problemindən sənədli film çəkir. Bu filmlə bağlı ilk səfərini mayda Bakıya etmişdi. O vaxt doğulduğum, böyüdüyüm yerləri, dağları, meşələri, suyunu içdiyim bulaqları, gizlənpaç oynadığım qalalı, kilsəli tarixi abidələri xəritədə nişan vermişdim. Göstərdiyim yerlərin, demək olar, hamısına baş çəkib.

Bu səhər onunla telefonla danışdım. Yazısının mənimçün nə qədər doğma və eyni zamanda kədərli olduğunu dedim. Onun sözlərindən birini sizinlə bölüşürəm: “Mən hər iki tərəfdə oldum. Hamınızın mövqeyini bilirəm. Əminəm ki, sən öz Qarabağını görəcəksən, ora yenə sənin olacaq. Çünki sən oranı indi orada yaşayanlardan daha çox istəyirsən”.

Gənc dostlarımız, tərcüməçilər Gülqız Dadaşova və Mirhacib Məcidin sayəsində bu gün o yazını dilimizdə oxudum və müəllifin gözüylə Qarabağa “səyahət” etdim. Nə qədər kədərli olsa da, bu “səyahətə” çoxlarının çıxmaq istədiyini nəzərə alıb sizin sayta göndərirəm. Oxumağa davam et

Açılmayan süfrənin qonağı

P. Şustrova. Müəllif: V.Qazi

Açılmayan süfrənin qonağı

“Yaddaş ləpirləri” silsiləsindən

Əsgəran-Xocalı yolundan sağa, Şimal-Qərbə üz tutub Kolatağ, Dovşanlı kəndlərinin yaxınlığından ötüb, Saraysuyu və Xaçın çaylarını keçib Vəngdə Qanzasar alban kilsəsinə baş çəkməyi Dağlıq Qarabağa gedən çexiyalı jurnalist dostuma tövsiyə edəndə onun bu çətin yolu qət edəcəyinə və hətta “Boz dağlar qurtaran yer” adlı məqalə yazıb, fotolar çəkib göndərəcəyinə inamım az idi. Oxumağa davam et