TOPLUM vətəndaş cəmiyyəti jurnalı

Toplum 84(8) Payız 2012

REDAKTOR YAZISI. Vahid Qazi: “Facebook ölkəsi”

MÜSAHİB. Əkrəm Əylisli: “Hakimiyyət cəmiyyəti ekstremizmə sürükləyir…”

ANTİDEMOKRATİYA. Məmməd Süleymanov: “Orduda itkilərin qorxulu statistikası”

DEMOKRATİK MÜBARİZƏ TARİXİ. Rafiq Turabxanoğlu: “Məhbəs xatirələri”

SƏRHƏDSİZ SƏRHƏD. Razi Nurullayev: “QHT-lər və siyasət arasında sərhədlər”

DÜŞÜNCƏ BUXOVU. Mehriban Zeynalova: “Azərbaycanda ailə münaqişəsinin mental kökləri”

QHT ARAŞDIRMASI: “Azərbaycanda hərbi-mülki münasibətlər: orduya mülki nəzarət problemləri və perspektivlər”

QHT SÖHBƏTLƏRİ. Bəkir Nərimanoğlu: “Qanuna QHT süzgəci”. Mehdi Fərəc: “QHT-lərin ictimai-siyasi prosesdə iştirak problemləri”

toplum73(7) Yay 2012

REDAKTOR YAZISI. Vahid Qazi: ”Azadlıq qiymətinə foto”

İRAN-TURAN SÖHBƏTİ. Sədrəddin Soltan: ”Azərbaycan-İran konflikrinin əsasları”

MÜSAHİB. Vəfa Quluzadə: “Demokratiyanın yayılması sunami kimidir…”

ANTİDEMOKRATİYA. Məmməd Süleymanov: ”Münaqişələr və media

ÜNSİYYƏT PROBLEMİ. İlqar İbrahimoğlu: ”İnsanlararası münasibətə (münaqişəyə) İslami yanaşma”

DEMOKRATİK MÜBARİZƏ TARİXİ. Rafiq Turabxanoğlu: ”Məhbəs xatirələri”

BİRLƏŞMƏK QORXUSU. Azər Əli: ”Azərbaycan insanının birləşmək problemi”

QHT ARAŞDIRMASI: ”Azərbaycan təhlükəsizlik və müdafiə sektorunda əsgər ölümləri: problemlər və perspektivlər”

QHT SÖHBƏTLƏRİ. Aytən Məmmədova: ”13 il davam edən qeydiyyat prosesi”. Ülkər Bəkirli: ”QHT-lərə qarşı təzyiqlər davam edir”, ”QHT hökumətə inanırmı?

Oxumağa davam et

Vəfa Quluzadə ilə müsahibə

“Demokratiyanın yayılması sunami kimidir…”

 Vəfa Quluzadə: “Demokratiyanın qarşısında heç kim və heç nə dayana bilməz. Azərbaycan mütləq demokratik ölkə olacaq”. 

 “Əgər Bakı da işğal olunsaydı, köməyimizə gələn olmayacaqdı”.

– 1993-cü ildə BMT-nin Qarabağla bağlı qətnamələrini şərh etməyiniz yadıma düşür. Həvəslə elə inandırıcı danışırdınız ki, erməni qoşunlarının zəbt elədikləri torpaqlardan çıxması sanki yaxın günlərin məsələsidi. Niyə belə olmadı? Nə baş verdi ki, əminliklə söylədikləriniz realda əksini tapmadı?

– Burada nəsə səhv var. BMT-nin qətnamələrindən sonra torpaqlarımızın tezliklə azad olunacağını heç vaxt deməmişəm. BMT-nin qətnamələrinin nə qədər çətinliklə qəbul edilməsindən, qətnamələrin normal surətdə çıxarılmasına qarşı Rusiyanın müqavimətindən xəbərdar idim. Bu qətnamələrdə əslində nə təcavüzkarın adı çəkilib, nə də açıq şəkildə “erməni işğalçı qoşunları” ifadəsi işlədilib. Birinci qətnamədə, ümumiyyətlə, yazılıb ki, “yerli erməni qoşunları” işğal etdiyi ərazilərdən çıxmalıdır. Guya Dağlıq Qarabağı yerli ermənilər işğal ediblər. Amma digər qətnamələrdə yazılıb ki, erməni işğalçı qoşunları Dağlıq Qarabağ və başqa rayonlardan çıxmalıdır. Bunların hamısı siyasi normadır və həqiqətən təcavüzün olmasını təsdiqləyir. Amma heç vaxt deməmişəm ki, qoşunlar tezliklə çıxacaq.

Bir epizod ictimaiyyətin yadından çıxıb. Heydər Əliyev hakimiyyətə təzə gəlmişdi, hələ prezident seçilməmişdi. Ağdam da işğal olunmamışdı. Heydər Əliyev Levon Ter-Petrosyana zəng etdi. Ondan dəfələrlə xahiş etdi ki, siz Ağdamı işğal etməyin, mən təzə gəlmişəm, sizlə bu məsələni normal şəkildə, siyasi yolla həll edəcəyik. Levon Ter-Petrosyan da mənim yanımda Heydər Əliyevə söz verdi ki, Ağdama girməyəcəklər. Sonra Heydər Əliyev mənə televiziyaya müsahibə verməyi, erməni qoşunlarının Ağdamı almayacaqlarını deməyi tapşırdı. Düzdür, mən bunu etməməli idim, amma etdim. Düşünürdüm ki, Levon Ter-Petrosyan prezidentdir, söz verib. Lakin səhəri gün erməni qoşunları Ağdama daxil oldu, rayonu işğal etdi. Məndən çox narazılıqlar oldu. Kənd təsərrüfatı nazirinin müavini, hətta, mənə zəng etdi, sərt şəkildə narazılığını bildirdi. Sonralar məlum oldu ki, Levon Ter-Petrosyan və başqa erməni prezidentləri heç də Ermənistanın rəhbərləri olmayıblar, erməni qoşunları Rusiyaya tabedir. Levon Ter Petrosyan bəlkə səmimi surətdə söz vermişdi. Amma onun sözünə baxan kim idi. Rusiyanın o zamankı müdafiə naziri Pavel Qraçov əmrini verdi, Ağdam da tutuldu.

– İşğalı Rusiyanın həyata keçirdiyindən Azərbaycan rəhbərliyi məlumatlı idimi? Dövlətin buna reaksiya verməyə gücü çatırdımı? Biz Rusiyanın işğalda iştirak etməsini bilib susurduq, yoxsa heç nə bilmirdik?

– Biz bilirdik, amma eyni zamanda başa düşürdük ki, Rusiyaya təsir etmək iqtidarında deyilik. 1994-cü ilin aprelinə qədər neft müqavilələri də imzalanmamışdı. Mən sevinirəm ki, Rusiya ermənilərlə birlikdə Bakını işğal etməyib. Əgər Bakı da işğal olunsaydı, köməyimizə gələn olmayacaqdı. Ancaq 1994-cü ilin sentyabrında neft müqavilələri imzalandıqdan sonra Azərbaycan Amerika Birləşmiş Ştatlarının, Qərbin maraq dairəsinə çevrildi. Çeçenlərin Rusiya ilə qəhrəmancasına döyüşləri də bizə kömək oldu. Çeçen müharibəsi başlayanda Rusiya qərara gəldi ki, birinci çeçen məsələsini həll etsin, Azərbaycanı sonra əzər. Rusiyanın məqsədi Azərbaycanı əzmək, burada öz hakimiyyətini bərqərar etmək idi. Əbülfəz Elçibəyin vaxtında rus qoşunları Azərbaycanı tərk etdi. Bu, möcüzə idi. Onlar yəqin düşünüblər ki, rüşvətlərini alsınlar, Azərbaycanı tərk etsinlər, sonra qayıdarlar. Rus hərbçilərdə “hara gedirik ki, qoşunumuzu Gürcüstana, Ermənistana çəkirik, qayıdacağıq” fikri hakim olub.  Amma hadisələr elə gətirdi ki, neft müqavilələri imzalandı, Rusiya çeçen müharibəsində uduzdu. Mən tam səmimi və ürəkdən demək istəyirəm ki, “Yaşasın qəhrəman çeçen xalqı!” Atəşkəsin uzun çəkməsi, özümüzü toplayıb möhkəmləndirməyin əsas səbəbi çeçenlər idi.

İndi Rusiya daim atəşkəs xəttini qaynar saxlayır, istəmir ki, Ermənistanla Azərbaycan arasında sülh olsun. Ermənistan dəfələrlə sülh bağlamaq istəyib. Levon Ter-Petrosyan bəyanat vermişdi ki, Azərbaycanla sülh olmasa Ermənistanın gələcəyi yoxdur. Sensasiya oldu, o, bizə təklif etdi ki, 7 rayonu boşaldıram, Dağlıq Qarabağın statusunu qoyaq, əlaqələrimiz möhkəmlənsin, bir-birimizlə işləyək. Sonra dostcasına bunu müzakirə edərik. Biz də razılıq verdik. Yaxşı təklif idi. Levon Ter-Petrosyan patriot idi, vətənini sevən adam idi. O, “Ermənistanın Azərbaycanla, Türkiyə ilə əlaqələri olmasa gələcəyi yoxdur” deyəndə haqlıydı. Buna görə Rusiya Levon Ter-Petrosyanı vəzifəsindən atdı, yerinə separatçıların başçısı Pobert Koçaryanı gətirdi.

İkinci dəfə 1999-cu ildə Heydər Əliyev Robert Koçaryana məsləhət verdi ki, Ermənistanın ən məşhur və güclü, Rusiyanın yaxın adamı sayılan baş nazir Vazgen Sarkisyan və yenə Ermənistanın ən güclü siyasətçisi Karen Dəmirçiyanla danışığa girib onlardan dəstək alsın. Onda rusların gücü çatmaz, münaqişənin həlli mümkün olar. Heydər Əliyev Koçaryanla bunu İsveçrədə açıq şəkildə təkbətək danışmışdı. Rusiyanın danışıqları dinləməməsi üçün İsveçrə seçilmişdi. Bunu Qərb dinləyə bilərdi, amma rusların gücü yox idi. Ruslar o vaxt nə baş verdiyini bilmirdilər, möhkəm əsəbiləşirdilər. Heydər Əliyev böyük güzəştlərə getmək, regionda sülhə nail olmaq istəyirdi. Bilirdi ki, yeddi rayonun birdən-birə, sülhməramlılarsız qaytarılmasının qiyməti böyük olacaq. Qərb Heydər Əliyevə əl çalacaq, onu dəstəkləyəcək. Amma mən bu sülhün əleyhinə idim. Oxumağa davam et