Tüstüdən dumana. Yaxud, çiçəyi alaqdan ayırmağın Monika üsulu

IMG_20180517_135119_260_resized

Tüstüdən dumana

Yaxud, çiçəyi alaqdan ayırmağın Monika üsulu

Neçə gündür bağçanın gözədəyən yerinə əl gəzdirirəm. İstəyirəm ot-alağı təmizləyib gül-çiçək əkəm. Dörd bir tərəf qonşum həyətlərini elə səliqəylə düzəldiblər, az qala həndəsi dəqiqliklə elə bağ salıblar ki, deyərsən bəs Vyanadakı Şönbrunn kral bağçasıdır, düşünərsən bəs bütün isveçlilər uşaqlıqdan xüsusi bağbanlıq məktəbi keçiblər. Oxumağa davam et

Siyasi didişmələrə sözardı

319-patron

Təcrübəli təcrübəsizlər

Siyasi didişmələrə sözardı

1993-cü ilin iyun ayı idi. Surət Hüseynov qiyamını etmişdi.

Qiyamdan bəhrəsini götürən götürmüşdü.

Ölkə başçısı başını götürüb getdiyindən Prezident Aparatında hamı başını itirmişdi.

İşlədiyim ərazi hakimiyyət və idarəetmə orqanları ilə iş üzrə müşavirlikdə sovetdən qalma əməkdaşlarda arxayınçılıq, çevriliş (inqilab da deyirik) dalğasının bura atdığı biz gənclərdə isə ümidsiz hal vardı. Oxumağa davam et