Qədim Elladadan fotolu-xəyali, tarixi-mifik reportaj

“Ölkələr və şəhərlər” silsiləsindən

Aegean Sea son

Tanrılarla baş-başa

Qədim Elladadan fotolu-xəyali, tarixi-mifik reportaj

Səfər çemodanımı yığıb nəfəs dərməyə balkona çıxanda günəş də bugünlük işini bitirhabitirdəydi, üfüqün meşə qurtaran hasarını aşıb yatmağa gedirdi.

Sizi bilmirəm, mənim hər səyahətqabağı yuxum qaçaq düşür. Budu, Yunanıstana hazırlaşdığım bu günlərdə yaddaş tanrıçası Mnemosina da bir yandan gəlib durub başımın üstündə, huşumun toz basmış elə yerlərinə əl gəzdirir ki, özüm məəttəl qalıram.

Uzaq səksəninci illərdə jurnalistika fakültəsində bizə antik yunan ədəbiyyatından dərs deyən Məmmədbağır Həyatzadə neçə gündü yadımdan çıxmır. Onun təbəssüm əskik olmayan üzü gözümün qabağına gəlir, bəlağətli səslə Homerdən, Esxildən, Sofokldan, canım sizə desin, Aristofandan şövqlə söylədiyi misralar qulağımda səslənir. Elə bilirəm, yaşından xeyli qıvraq bir ehtirasla təsvir etdiyi o mifik dünyaya yola düşürəm. Bizə tanıtdığı antik qəhrəmanlarla, tanrılarla görüşəcəm, muza-tanrıçalarla gap edəcəm.

Elə o cür də oldu…

 BİRİNCİ GÜN

Zaman maşınıyla tarixi adlamaq

Kopenhagendən qalxan içi danimarkalı yaşlı kişi, qadınla dolu təyyarə Kalamata səmasında dövrə vurub enişə başlayanda alnımı illimünatora dirəyib gözümü aşağı dikdim. Qədim Elladanın göyüzündə gözə dəyəsi bir əlçə bulud da yox idi. Günəş isə elə bil göydə yox, yerdə çıxmışdı – ucsuz-bucaqsız zeytun bağlarından, dəniz ləpələrindən boy verirdi.

grekland Oxumağa davam et

Kubadan foto reportaj

“Ölkələr və şəhərlər” silsiləsindən

 

Kuba mənim gözümdə

Vahid Qazi “Ağ paltarlı qadınlar” hərəkatından, Kuba kommunizmindən, dissident yazardan, köhnə model amerikan maşınlarından,  Havana küçələrindən, Quantanamodan danışır.

 

chenin heykeli onunde

Bu, Çe Gevaranın heykəlidir. O, 1958-ci ilin son günlərində burda döyüşüb. 1997-ci ildə meyitinin qalıqları Boliviyadan gətirilib şəhərin qərbində təntənəylə basdırılıb, üstündə mavzoley tikilib.

2

Bu isə Çe Gevaranın, Fidel Kastronun Kubasıdır. Yanvarda 50 illiyi qeyd olunmuş inqilabın Kubadakı ən böyük “qələbə”si səfalətdir. Bu ölkədə gündə 3000 dollarlıq siqar istehsal eləyən bir fəhlənin orta aylıq əməkhaqqı 10-12 dollardır. Nəticəni özünüz çıxarın…

3

Kommunizmin Kubaya gətirdiyi “xoşbəxtliyi” bu şəkildəki xəritədən də görmək olar. Bu, Kubada inqilabdan bir əvvəl və 46 il sonra mövcud olan həbsxalanlarla islah-əmək düşərgələrinin müqayisəli xəritəsidi. Qara nöqtələr həbsxanaları, qırmızı nöqtələr düşərgələri göstərir… Oxumağa davam et