“Ölkələr və şəhərlər” silsiləsindən
Varşava – azadlıq və sevgi şəhəri
Fotolu, xatirəli reportaj
Varşava adına ilk dəfə evimizdəki köhnə valların üstündə rast gəlmişəm. Rəşid Behbudovun atası Məcid Behbudovun, Cabbarın səs yazıları, rus romansları olan vallar 1898-1910-cu illər arası Varşavada yazılmışdı. Oxuda bilməsək də, atam onları atmırdı, atasından qalan əziz xatirə kimi saxlayırdı.
Sonralar işimlə bağlı Polşaya tez-tez səfər elədim. Yalan olmasın, bəlkə bir iyirmi dəfə.
Hər dəfəsində onu bir başqa yöndən tanıdım, adi baxışla belə sezilən sürətli inkişafına şahid oldum. Misal üçün onu deyim ki, 20 il əvvəl Minsk-Varşava qatarıyla bu ölkəyə ilk səfərimdə vaqonun pəncərəsindən tarlada xışla yer şumlayan görəndə təəccüblənmişdim. Xışı ata qoşmuşdular. O vaxtdan bu ölkəni elə o qatar sürətiylə kommunizmdən uzaqlaşan, bütün varlığıyla sərhədləri təzəcə açılan Qərbi Avropaya can atan gördüm. Oxumağa davam et