Cəmil HƏSƏNLİ. “Yaddaş ləpirləri. Demokratiya yazıları” kitabına öz söz

 Qəm naxışları

Qələmindəki dərdlə oxuculara çoxdan tanış olan Vahid Qazinin “Yaddaş ləpirləri. Demokratiya yazıları” əlyazmasını vərəqlədim. Müəllifin uğurlu qələm təcrübəsi kimi ruhumuzu titrədən “Ruhlar şəhəri”ndən sonra nə yazacağı, oxuculara nə təqdim edəcəyi mənim üçün maraqlı idi. Dünyanın müxtəlif ölkələrinə səfər təəssüratlarının maraqlı müşahidələri, ev içində olan söhbətlərin bayırlıq tərəfləri müəllif təhkiyəsində maraqlı görünürdü. Lakin kitab olacaq bu əlyazmada mənim üçün maraqlı süjet xətti bütün mətləblərin Qarabağ dərdi üzərində qurulması idi. Başımıza gələn müsibətlərin ən faciəlisi də budur: Qarabağ olayları nəinki ədəbiyyatımıza, bütövlükdə milli həyatımıza, yaşayışımıza, əxlaqımıza daxil ola bilməyib. Oxumağa davam et

“Bütün sevgilərin bir səsi var – pıçıltı”

 Pərvinin həmsöhbəti yazıçı-publisist Vahid Qazidir.

 “Bütün sevgilərin bir səsi var – pıçıltı”

Pərvin: Salam, Vahid bəy. “Ruhlar şəhəri”nə səyahətiniz davam edir?  

Vahid Qazi: Salam, Pərvin xanım! “Davam” sözü bətnində “bitirib, yenidən başlamaq” anlamını gəzdirir. Bu mənada dediyiniz ünvandakı mövcudluğum səyahət yox, qalıb yaşamaqdı.

Pərvin: Elə isə “Ruhlar şəhəri” kitabınızdan danışmaq istəyirəm. Kitabdakı ilk “On yeddi” adlandırığınız essedə itkilərin ən dözülməzinin Yurd itkisi olduğunu vurğulayırsınız. Məncə, sevgilərin də ən böyüyü Yurd sevgisidir. İnsanın ən böyük sevgi obyektini itirməsi başqa sevgilərinə təsir etmir ki?

Vahid Qazi: Antik dövrlərdə müxtəlif allahlar vardı: günəş, dəniz, səma və s. Amma əslində Allah həmişə birdir. Mən sevgini də o şəkildə görürəm. Yurd sevgisi bütöv Eşqi tamamlayan sevgilərdən biridi. Allah, dünya, vətən, ata-ana, yar, bala və s. sevgisi o tamın hissələridi. Bəzən bizə elə gəlir ki, bir sevgi obyektinin itirilməsi o biri sevgiləri artırır, bu ötəri haldı, əslində bütün sevgilərin yaralanır. Bunu sonralar duyursan. Oxumağa davam et