Bəzən elə bilirsən göy üzünü quşlara sən bağışlamısan. Çiçəklər də gün işığını sənə görə tanıyıb. Adamların üzündəki təbəssüm də səndən qopandır. Körpələr qığıltısını, uşaqlar gülüşünü səndən alıblar. Aşiqlərə də görüş yerini sən nişan vermisən.
Vahid Qazi Rupor.az saytına müsahibə verib. Oxusanız zövq alarsınız. Müdrik düşünmək, bu düşüncəni müxtəlif mövzularda mükəmməl ifadə etmək, oxunmaq bütün imza sahiblərinin özünə arzuladığı əsas istəkdir.Vahid Qazi bu istəyinə çoxdan çatıb.