Şuşada aldığın güllə yarası sağaldımı, Mustafa?
Mustafa Hacıbəylini prokurorluqda beş gün sorğu-suala tutublar. Deyir, o gün lap 11 saat dindiriblər. Dünən də redaktoru olduğu Bastainfo.com saytının əməkdaşlarını çək-çevir ediblər.
Nə öyrənmək istəyiblər Mustafadan? Güman edə bilərəm! İnsan azadlıqlarından hürkən siyasi sistemlərdə müstəntiq jurnalistdən, siyasi, ictimai fəaldan nə soruşursa, elə onu soruşublar.
Amma nəyi xəbər almadıqlarını dəqiq bilirəm! Ondan soruşmayıblar: “Şuşada aldığın güllə yarası sağaldımı?”, “Qarabağ qazisi – üçüncü qrup əlil kimi aldığın 70 manat pensiya balalarının çörək pulu edirmi?” Oxumağa davam et