“ Mən… əzilənlər arasında olmaq istəyirəm. Həyat oradan daha aydın görsənir.”

fred asif

Milli qəhrəman Fred Asifdən 23 il əvvəl aldığım bu müsahibəni kompüterin illərlə açılmayan qovluqlarında eşələnəndə gözüm biqəfil aldı. Kompüter təzə-təzə çıxan vaxtlar yazmağı öyrənəndə bəzi köhnə qəzet yazılarımı yığıb yaddaşa verirdim ki, qalsın. Bundan əvvəl “Zirzəmidə gecələyən şəhər” yazısını da beləcə təsadüfən tapmışdım.
Fredin dünyaya baxışını qarşılaşdığı haqsızlıqlar, yatdığı həbsxanalar, ağır həyat yaşantıları və bir də oxuduğu kitablar formalaşdırmışdı. Özünəməxsus düşüncəsi, məntiqi onu başqalarından fərqləndirirdi.
Müsahibə həmin dövr olaylarına işıq tutmaq baxımdan da maraqlıdır. Bunlar öz yerində. Mənə qəribə gələnsə hakimiyyətə yönəlik açıq ifadələrin yer aldığı belə bir müsahibənin “Azərbaycan” qəzetində necə getməsiydi. “Tapıntım”a həm də redaktorumuz Mehman Cavadoğlunun dövlət qəzetində yaratdığı azad yaradıcılıq mühitini xoş xatirə kimi mənə xatırlatdığına görə sevindim.
Oxuculara maraqlı gələcəyinə inanaraq, həm də Asifin ruhuna dua edərək, müsahibəni 23 ildən sonra yenidən dərc edirəm.
Vahid Qazi

fred asif 2

Fred Asif

“ Mən… əzilənlər arasında olmaq istəyirəm”

Oxumağa davam et