“Şuşada aldığın güllə yarası sağaldımı, Mustafa?”

 

mustafa hacibeyli

Şuşada aldığın güllə yarası sağaldımı, Mustafa?

Mustafa Hacıbəylini prokurorluqda beş gün sorğu-suala tutublar. Deyir, o gün lap 11 saat dindiriblər. Dünən də redaktoru olduğu Bastainfo.com saytının əməkdaşlarını çək-çevir ediblər.

Nə öyrənmək istəyiblər Mustafadan? Güman edə bilərəm! İnsan azadlıqlarından hürkən siyasi sistemlərdə müstəntiq jurnalistdən, siyasi, ictimai fəaldan nə soruşursa, elə onu soruşublar.

Amma nəyi xəbər almadıqlarını dəqiq bilirəm! Ondan soruşmayıblar: “Şuşada aldığın güllə yarası sağaldımı?”,  “Qarabağ qazisi – üçüncü qrup əlil kimi aldığın 70 manat pensiya balalarının çörək pulu edirmi?” Oxumağa davam et

Zülmətxana mehmanları

mehman turan

Zülmətxana mehmanları

Koreya yarımadasının gecə vaxtı kosmosdan çəkilən məşhur bir şəkli var. Yarımadanın cənub hissəsi çıraqbandı, şimalısa zülmət qaranlıq. Şimali Koreyada sözün iynə gözü boyda azadlığı yoxdu – elə qaranlığın tək səbəbi də budu!

Azad sözü boğmaqla biz də özümüzü, ətrafımızı qaranlıq zülmətə qərq edirik. Abşeronun hər neft quyusunu məşələ çevirsək belə işıqlatmayacaq bir qaranlığa. Oxumağa davam et

Axsaq mətbu(AT)la müharibəyə getmək

information war

Axsaq mətbu(AT)la müharibəyə getmək

Erməni yalanını təkzib edən,  onların saxtakarlığını aşkarlayan müəllifi niyə bizim saytlar dərc eləmədilər, yaxına buraxmadı? Əslində bu suala cavab yazmaqdı qəsdim.

Amma ondan başlayım ki, müasir müharibədə informasiya savaşı səngər döyüşüylə təndi. Məncə hələ daha artıqdı. İnformasiya davasından qalib çıxmasan aldığın səngərləri saxlaya bilməzsən! Bəzən lap belə də olur – informasiya müharibəsində düşmənə vurduğun sarsıdıcı zərbə bəs edir, daha səngər döyüşlərinə ehtiyac qalmır.

Üç ilə yaxının söhbətidi. Ermənilərin panorama.am saytı azərbaycanlı oxucunu hədəflədiyim “Xaçaturyanın qələbə suitası” adlı məqaləmi xəbərim olmadan ruscaya çevirib. Kontekstdən çıxarılan həmin yazı “İsveçdə yaşayan azərbaycanlı yazıçının açıq məktubu” adıyla 50-dən artıq erməni-rus saytında yayımlanıb. Oxumağa davam et