Teatr şeytan yuvasıdırmı? Sevinc Fədainin sualına cavab

teatr ya mescid

Jurnalist Sevinc Fədainin sualına cavab

Adətən, rəhmətə gedən söz-sənət adamlarıyla vida mərasimi Akademik Milli Dram Teatrında və ya digər sənət ocaqlarında keçirilir, mərhumun cənazəsi burdan son mənzilə yola salınırdı. Şair Söhrab Tahirin cənazəsinin məsciddən götürülməsindən sonra filosof-tənqidçi Əsəd Cahangirin fikri birmənalı qarşılanmadı. O yazmışdı: “Axır ki, sovet dövründən fərqli olaraq mərhumlarımızı şeytanın evindən yox, Allahın evindən yola salırıq”.

 Tənqidçi bunu fəlsəfi mənada söylədiyini, sənətin əslində şeytani mahiyyət kəsb etdiyini  deyir. Biz isə bu fikri söz, fikir, sənət adamlarının müzakirəsinə çıxardıq: teatr sözün hansısa mənasında şeytanın evi ola bilərmi? Mərhumun cənazəsinin teatrdan götürülməsi nə dərəcədə yanlış və ya doğrudur? 

“Dini xurafat bu gün son yüz ildə olmadığı qədər güclüdür”

Publisist Vahid Qazi

İnanmıram ki, Azərbaycanın mədəniyyət, ədəbiyyat, teatr tarixinə bələd bir adam olan Əsəd bəy bunu sözün birbaşa anlamında deyə. Kim bilməsə də, Azərbaycan teatrının hansı mühitdə yarandığını, hansı əzablardan keçdiyini o, yaxşı bilir. Yəqin ki, elə fəlsəfi mənada deyib.

Ancaq düşünürəm ki, onun bu sözündən tutub ictimai müzakirə açmaq yaxşıdır. Bu gün cəmiyyətdə ”Din və sekulyarlıq”, lap elə ”Məscid və teatr” mövzusunda açıq debatlara, ictimai dinləmələrə ehtiyac var. Bu yaxınlarda “Əmmaməli gələcək” adlı bir yazı yazdım. Ölkəni başına götürən xurafatın gələcək fəsadlarına mən də bir SOS siqnalı çalmaq istədim. Elə adamlardan qınaq gəldi ki, çaşıb qaldım. Özüm-özümə dedim: ”Biz hara gəlib çıxmışıq?” Oxumağa davam et

Şeyximizin bəyənmədiyi azan sədası dünyanı dolaşır

agdam mescidi

Ağdam və Şuşa məscidlərində 1988 – 1993 illərdə oxunmuş azan

Şeyximizin bəyənmədiyi azan sədası dünyanı dolaşır

Türkiyənin ATV kanalında yayımlanan “KARABAĞ’DA OKUNAN SON EZAN” süjetinə Rey Kərimoğlunun facebook səhifəsində baxdım. Süjetdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi nümayəndəsinin sözlərindən anladım ki, bu azan haqda komitədə dəqiq məlumat yoxdur. Yanlış fikirlər yayılmasın deyə ətraflı izahata ehtiyac duydum. Oxumağa davam et