Bütün zamanların lideri

 

məmməd əmin rəsulzadəBütün zamanların lideri

1961-ci ilin 12 aprelində ABŞ-ın hakim dairələri kosmik sahəsində Sovetlərə uduzmağın panik durumunu yaşadı. Amma bu hal uzun sürmədi, cəmi bir ay sonra, lap dəqiqi mayın 25-də prezident Con Kennedi Konqresdə tarixi çıxışını etdi. Sovetlərdən daha uzağa gedən – Ayın fəth olunmasını hədəfləyən belə bir fikir söylədi: ”Mən inanıram ki, bizim millətimiz bu onilliyin sonuna qədər insanın Ay səthinə enişi və təhlükəsiz Yerə dönüşü məqsədinə nail olacaq”.

Bu, demokratik ölkə prezidentinin öz xalqına yaxın on il üçün vədiydi.

Kosmik uğurdan eyforiya yaşayan SSRİ-nin dövlət rəhbəri Nikita Xruşşov da həmin il xalqına söz verdi. Oktyabrın 31-də Kommunist Partiyasının qurultayında çıxış edərkən dedi: ”Sovet xalqının indiki nəsli kommunizmdə yaşayacaq”. Qurultay nümayəndələrinin qəbul etdiyi proqram sənədində kommunizm quruculuğunun başa çatma tarixi də göstərilmişdi – 20 il sonra.

Bu isə totalitar rejim başçısının öz xalqına verdiyi söz idi.

***

Demokratik ölkənin lideri vətəndaşın ona çəkdiyi azadlıqlar çərçivəsində azaddı. O, cəmiyyət qarşısında hesabatlıdı. Onun söz və əməl cavabdehliyi var. Oxumağa davam et

İntibah təməlçiləri

“Adamlar və kitablar” silsiləsindən

m%c9%99mm%c9%99d-%c9%99min-r%c9%99sulzad%c9%99

İntibah təməlçiləri

Meri Abramsonun “Ot Dante k Alberti” kitabından qaynaqlanan cümhuriyyəçi düşüncələr

Ömrünü ”qızqaytaran” marketlərə bağışlayan Bakı bukinistlərindən 20-25 il əvvəl aldığım, hələ ondan da 20-25 il əvvəl nəşr edilən, artıq yaşı yaşımı haqlamış, səhifələri toz qoxuyan, bəxti üzünə gülüb ata yurdum Ağdama, sonra da yüzlərlə kitaba qarışıb Yerevan Kağız Emalı zavoduna reinkarnasiya (qəşəng sözdür, həm də dəbdədir), yaxud da evimizin ortasında çatılan düşmən ocağına talaşa olmağa getməyib Bakıda qalan kitabları ilin-günün bu vaxtında oxumaq həvəsimin yaranma səbəbini bilmirəm. Onu bilirəm ki, tozunu uda-uda arxasına düşüb biriylə bir zamana, o biriylə başqa məkana getməkdən xoşum gəlir.

Onlardan biri – Meri Abramsonun “Ot Dante k Alberti” kitabı məni italyan İntibahının ilkin dövrünə aparıdı, dolandırıb bizim istiqlalçı atalarımızın qurduğu cümhuriyyət illərinə qaytardı…

Cəsarət və ehtiyatlılıq, işgüzarlıq və sərhesablıq, hərtərəfli bilik və geniş dünyagörüşü, zirəklik və diplomat bacarığı tələb olunan ilkin kapitalist münasibətlərinin ortaya çıxardığı sənətkar və tacirlərdən ibarət sosial təbəqənin italyan cəmiyyətinə gətirdiyi yeni ictimai şüurun Renessans adlanan mədəniyyət erasına təməl olacağı o dövrdə kimsənin ağlına gəlməzdi. İnsanların şüur, mədəniyyət, dini baxış və dünyagörüşündə çevriliş edən humanist Avropa intellektual hərəkatının ilk illərində yaranan ictimai münasibətlər, nə qədər qəribə görünsə də, bizim bu günümüzlə səsləşir.

Kitabdan dilimizə çevirdiyim sitatları mən gətirim, qənaətə özün gəl, dostum oxucu!

Florensiyalı tacir Çertaldo XIV əsrin 60-cı illərində yazırdı: Oxumağa davam et