Anamın məktubları

ana mektubu 1

Anamın məktubları

Ötən ay İsveçin Karlskrona şəhərində “Kitab və dəniz” (“Bok och Hav”) adlı ədəbiyyat festivalı oldu. Skandinaviyanın, başqa ölkələrin əlliyədək yazıçı-şairinin qatıldığı üç günlük festivala məni də çağırmışdılar. Oxumağa davam et

Ağalar Məmmədovun məktubları

pnp-quill-and-parchment

Ağalar Məmmədovun məktubları

Bu məktubları filosof Ağalar Məmmədov ötən ilin yazında göndərib. Onun ”Aşma” kitabı haqda yazdığım ”Aşılası aşılmazlar” adlı məqaləm dərc olunan günün səhəri.

Kompüterin yaddaşında saxlanan köhnə məktubları ayır-seç edəndə onları bir də oxudum. Bu dəfə bir ayrı gözlə, başqa ovqatda oxudum. Oxuyanda tək mənsub olduğun xalqa, cəmiyyətə deyil, elə öz daxili dünyana da baxmağa pəncərə açır kimidi gəldi mənə.

Düşünüb durdum, niyə bizim ümumi ahəngdən bir az fərqli fikrə münasibətimiz belə sərt olur, amansız olur?

Görəsən, düşünən, düşündüyünü dilə gətirən, yazan adama bizim qədər qəddar üz göstərən xalq varmı? Üzü Axundovdan bəri fikir adamlarımıza sərgilədiyimiz tamaşaları deyirəm.

Arxa durub həvəsləndirmək qırağa dursun, ağız büzüb lağa qoyar, təhqir edib aşağılayarıq. Bu işi elliklə görməyə daha həvəslə girişərik.

”In patria natus, non est propheta vocatus”. İncildəndi, deyir:”Öz vətənində peyğəmbər ola bilməzsən!” Hicrət etməsəydi Məkkədə peyğəmbər olmağa qoyardılarmı Məhəmmədi?

Vətəndə təklənmək nədi – bilən varmı?! Oxumağa davam et