Azadlıq adasına səyahət

“Ölkələr və şəhərlər” silsiləsindən

Qırmızı ada

Jurnalist Vahid Qazi Kuba səfərindən şəkillərlə danışır

Kubaya ikimiz getmişdik. Sovet tarix dərsliklərindən xəbərsiz cavan tərcüməçi dostum Emin Hüseynov, bir də gözünü açıb ölkəni «Azadlıq adası» kimi tanıyan sovet adamı, mən, Vahid Qazi. Emin çox şeyə təəccübləndi – kommunizmi birinci dəfə görürdü. Mən haçansa bu «xoşbəxtliyi» dadmış sovet xalqının övladı kimi o qədər də heyrətlənmədim.

Sovet xalqı demişkən, bizimlə hər şey aydındır: hara getmək istəyirdik və hara gedib çıxdıq. Bəs hələ də «kommunizm günəşinin parladığı» Kuba hara gedir? Eminlə fotokameranın yaddaşına köçürdüyümüz şəkillər bələdçimiz olacaq. Oxumağa davam et