Axsaq mətbu(AT)la müharibəyə getmək
Erməni yalanını təkzib edən, onların saxtakarlığını aşkarlayan müəllifi niyə bizim saytlar dərc eləmədilər, yaxına buraxmadı? Əslində bu suala cavab yazmaqdı qəsdim.
Amma ondan başlayım ki, müasir müharibədə informasiya savaşı səngər döyüşüylə təndi. Məncə hələ daha artıqdı. İnformasiya davasından qalib çıxmasan aldığın səngərləri saxlaya bilməzsən! Bəzən lap belə də olur – informasiya müharibəsində düşmənə vurduğun sarsıdıcı zərbə bəs edir, daha səngər döyüşlərinə ehtiyac qalmır.
Üç ilə yaxının söhbətidi. Ermənilərin panorama.am saytı azərbaycanlı oxucunu hədəflədiyim “Xaçaturyanın qələbə suitası” adlı məqaləmi xəbərim olmadan ruscaya çevirib. Kontekstdən çıxarılan həmin yazı “İsveçdə yaşayan azərbaycanlı yazıçının açıq məktubu” adıyla 50-dən artıq erməni-rus saytında yayımlanıb. Oxumağa davam et