“Erməni soyqırımı” – 103 yaşlı siyasi oyun aləti

“Erməni soyqırımı” 103 yaşlı siyasi oyun aləti

Erməni məsələsi bir-birinə rəqib, hətta düşmən dövlətləri birləşdirən maraq nöqtəsidir. Rusiya, ABŞ, Fransa, İran və s. kimi. 1915-ci il olaylarına “soyqırım” deməklə Co Bayden təzə bir iş görmür, sələfi Vudro Vilsonun 100 il qabaq başlatdığı siyasəti davam etdirir.

Oxumağa davam et

Şuşa inauqurasiyası, mən, qarğalar…

shusha

Şuşa inauqurasiyası, mən, qarğalar…

Yenə yuxum qaçıb. Yenə pəncərənin ağzındayam. Oxumağa davam et

Qanzasar xatirələri

Gandzasar-11

Qanzasar xatirələri

Vəngdən üzüaşağı Koladağadək (biz ona Koladayı deyirdik) uzanan yaşıl meşənin Damğanlı kəndilə Turş-su bulağı arasındakı yolun üstündə böyüklərimizin qurduğu çadır alaçıqların əl içi kimi göründüyü yerində “qala” quranda uzaq 1975-ci ilin qızmar Qarabağ iyulu idi. Biz – bir dəstə uşaq ulu babalarımızın da yaylamağa gəldiyi Koladayı meşələrində ən “strateji” yerin kol-kosunu təmizləyib, torpağından “qala” düzəldəndə, ağac budaqlarından cürbəcür silahlar qayıranda, çəpər çəkib “hərbi” düşərgə salanda, bir gün üzüyoxuşa – Qandzasar kilsəsinə, o biri gün üzüyenişə – nənəmizin çadırına ərzaq dalınca gizli “hərbi yürüşlər” edəndə hələ heç “Rembo” filmi çəkilməmişdi. Oxumağa davam et

Budapeşt türməsindən zəng

Budapeşt türməsindən zəng

Ramil Səfərova

Ötən həftə Ramil Səfərov zəng eləmişdi. Həbsxanada kitablarımı oxuyubmuş. Elə buna görə zəng edib. 3 dəqiqəlik söhbətdə elə bildim 30 ilin tanışıyıq. Səs tembri həyasının, sözləri intellektinin böyüklüyündən xəbər verirdi. Anladığım qədər ən çox bəyəndiyi “Çamayra. Kuba dəftəri” olub. Diqqətinə heyran qaldım!

Tərcümə elədiyi “Pal küçəsinin oğlanları” əsərini oxuyandan sonra əvvəlki facebook səhifəmdə bu sözləri yazmışdım: “Azadlıqda olub məhbus ömrü yaşayanlar üçün ömürlük həbsə məhkum bir insandakı azadlıq eşqi Hadisə deyilmi?” Suala indi cavab aldım: “Hadisəymiş!”

Sabahdan ömrünün 35-ci ilinə başlayacaq. 9 ili qərib ölkənin həbsxanasında keçən ömrün.

Doğum gününü təbrik edirəm! Bir gün azad olacaqsan. Bunu arzulayıram, buna inanıram! Bilirəm, ona əli çatan, kitablarımı ona aparan Dostum bu yazını da oxuyacaq, arzu və inamımı ona deyəcək.

Vahid Qazi

24 avqust 2012

Burserid, İsveç