Rəsulzadənin çimərlik fotosu

 

resulzadenin-cimerlik-fotosu 1

Rəsulzadənin çimərlik fotosu

Və ya İsveçdə baş tutmayan ianə kampaniyası

Söz vaxtına çəkər, 2013-cü ilin bir soyuq noyabr axşamıydı. Praqa hotellərinin birində otağıma çəkilib televizorda baxmağa veriliş gəzirdim. Pultla kanalları çevirir, dünyanın neçə dilində yayımlanan TV-ləri bir-bir ötürürdüm.

Erməni kanalına rastlayanda əl saxladım. Ermənicə bir şey anlamasam da görüntülərdən, tez-tez qulağım çalan tanış sözlərdən başa düşdüm ki, bu, Kaliforniyadan yayımlanan erməni televiziyasıdı – Qarabağa yardım telemarafonu keçirir. Oxumağa davam et

Solovyov, Petruşka və acı Qarabağ həqiqəti

Petruska Praqa

Solovyov, Petruşka və acı Qarabağ həqiqəti

Ondan başlayım ki, məni bu yazını yazmağa Rusiyanın ermənipərəst jurnalisti Vladimir Solovyov sövq elədi. Daha dəqiqi, onun ölkə prezidentiylə söhbətdən sonra verdiyi müsahibəsini dinləyəndə xeyli vaxtdı fikrimdən çıxmayan, neçə dəfə yazmağa qalxsam da, qaralaya bilmədiyim bir görüş təəssüratımı yazmağa qərar verdim. Oxumağa davam et

Xruşşov dövrünün Qarabağ şəhidi

nazim-haciyev-xrussovla

Vəli Axundov, Nazim Hacıyev, Nikita Xruşşov, Niyazı və başqaları

Xruşşov dövrünün Qarabağ şəhidi

Təzə öyrəndiklərin təzə-təzə suallar doğmasa olmaz ki!

Çingiz Hüseynovun “Минувшее – навстречу” (“Mənə sarı addımlayan keçmişim”) memuarının “Şıxəli Qurbanov, yaxud “Borc və şərəf adamları” bölümündə 60-cı illərdə görkəmli dövlət xadimlərinin, milli rəhbər kadrların bir-birinin ardınca müəmmalı ölüm sualı kimi.

Azərbaycan Kommunist Partiyasının ideologiya üzrə katibi Nazim Hacıyevun 38 yaşında həyatdan köçməsinin baiskarlarını güman etmək olsa da, Şıxəli Qurbanovun 41, komsomolun 1-ci katibi Maqsud Əlizadənin 34 yaşında ölümünün əsl səbəbləri hələ də sirli qalır.

Kitabda xeyli adamın adı keçir, diqqətimi xüsusi çəkən Nazim Hacıyev haqqında bir qədər ətraflı yazmaq istədim.

Memuarda oxuyuram ki, Nazim Hacıyev ölümündən iki il əvvəl ağır stress keçirib. Onu yatağa salan bu ölümcül stressin səbəbini, düşünürəm, hamımız bilməliyik.

SSRİ ilə münasibətlərin yumşalmasından istifadə edən ABŞ-dakı erməni diasporu sovet hökumətinə müraciət edərək, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini xahiş edir. Krımın Rusiyadan alınıb Ukraynaya verilməsi qərarını nümunə gətirən Mikoyan məsələnin Siyasi Büroda müzakirəsinə nail olur. Komissiya yaradılır. Bölgəyə göndərilən briqada arayışlarla qayıdır. Qarabağın tarixi və hüquqi cəhətdən Azərbaycan torpağı olmasını sübut edən bir arayış isə mərkəzdə suallara səbəb olur. Partiyanın baş ideoloqu Suslov zəng edərək arayışı hazırlayan Nazim Hacıyevi Moskvaya çağırır.

36 yaşlı Nazim Hacıyev Siyasi Büroda SSRİ kimi nəhəng dövlətin üzü üzlər görmüş azman liderlərinin qarşısında Qarabağın Azərbaycan torpağı olmasını dəlillərlə əsaslandırır.

Kitabdan oxuyaq:

“- Xruşşov: “Məruzəçiyə kimin sualı var?”

– Mikoyan Hacıyevə “sən” deyə müraciət edərək: “Sən qatı millətçiymişsən ki! Sənə belə bir vəzifəni necə həvalə ediblər?”

– Xruşşov Mikoyana: “Şəxsiləşdirmə, mövqeyini bildir”.

– Mikoyan: “Beynəlmiləlçilik prinsipindən çıxış edərək, hesab edirəm ki, erməni diasporunun xahişini yerinə yetirməliyik, xüsusilə, Amerika ilə dostluq münasibətlərimizin yarandığı indiki vaxtda bu, əhəmiyyətlidir”.

Nazim Hacıyevin inadlı dirənişiylə keçən uzun müzakirələrə Xruşşov belə yekun vurur: “Sərhədlərə əl vursaq bir “bardak” yaranar ki, sümükləri yığışdıra bilmərik. Odur ki, sovet ailəsində dostcasına yaşamağa davam edək”. Oxumağa davam et