Əkrəmin Ramizə dediklərinə münasibət

ramiz rovsen

 

Jurnalist Nərgiz Cavadzadənin sualına cavab

”Şair şeirini yalnız rəhbər qarşısındamı deməlidi?”

Sual: Vahid bəy salam. Sizi Teleqraf.com saytından narahat edirik. Sizə bir mövzuda sual ünvanlamaq istərdik. Əkrəm Əylislinin Ramiz Rövşənlə bağlı səsləndirdiyi fikirlərlə bağlı nə deyə bilərsiniz? Ümumiyyətlə, şairin toyda şeir oxumasına münasibətiniz necədir?

Cavab: Bir dəfə müsahibə üçün Əkrəm Əylisliyə suallar göndərdim, arasında belə bir sual vardı:  “Sizi yaxından tanıyanlar xarakterinizin çox müsbət tərəfiylə yanaşı bəzən cığallıq elədiyinizi də qeyd edirlər. Cığalsınızmı? Adətən, nə vaxt tutur bu damarınız?” Əkrəm bəyin söz açdığınız müsahibəsində cığallıq duyulmasa da, xeyli təhqir elementləri aydın görünür. Bu müsahibəsini bəyənmək mümkün deyil. Təhqirlə doludur. Mən Əkrəm Əylislini də, Ramiz Rövşəni də onun “Ramizi görmədiyi zirvədə” görürəm.

Son illər ağına-bozuna baxmadan daş-qalaq eləmək vərdişi formalaşıb. Bu, pis haldır. Qocaman söz adamlarının daşlanması isə lap pis nümunədir. Əkrəm Əylisliyə total hücum ediləndə “Daş yuxumdakı Mirzə Fətəli” adlı balaca bir yazımla müdafiəsinə qalxdım, məni də ermənilərə satılmaqda ittiham edənlər tapıldı. Ramiz Rövşənə hücumların pik vaxtı “Ramiz Rövşəni qınayanlara” adlı bir yazı yazdım, nə qədər qınaq yedim. Hər iki halda özümü haqlı bildiyim üçün bu ittihamların, qınaqların biri də mənə təsir etmədi. Onları müasir ədəbiyyatımızın zirvəsi hesab etməyim “küyə getməyim” deyil, fanatik olası yaşda da deyiləm. Sadəcə, özümü daşlayanlar arasında yox, daşlananların yanında daha xoş duyduğumu demək istəyirəm.

Şairin toyda şeir deməsi niyə ayıb sayılmalıdır? Şair şeirini yalnız tribunada, rəhbər qarşısındamı deməlidir? Ramiz Rövşən mənim də toyumda şeir deyib, başqa dostların da. O toyların elə ən yaddaqalan yeri onun çıxışı olub. Camaat “Şeir-şeir!” deyərək səslənəndə şeir deməsəydi, onu insanları qırmaqda, saymazlıqda ittiham edərdilər. Şairin yeri xalqın yanıdır. Gülməli hal bilirsiniz nədi? Bəziləri Ramizi susmaqda qınayırlar! O tək ustad şair deyil, həm də sözə dəyər verilən, sözü dinlənilən yerdə sözünü deməyi bacaran vətəndaşdır. Bəzən adam sükutuyla da çox şey deyir. Mən Azərbaycanda onu nədəsə qınamağa haqqı olan bir adam belə tanımıram.

Nərgiz Cavadzadə

Teleqraf.com

Daş yuxumdakı Mirzə Fətəli

Mirze Feteli Axundov

Daş yuxumdakı Mirzə Fətəli

(Əkrəm Əylisliyə)

Dünən gecə hardansa yuxuma Mirzə Fətəli Axundov girmişdi.  Söhbət fırlanıb “Daş yuxular”ın üstünə gəldi. Gördüm əsəri oxuyub. Hər şeydən halıdı. Dedi ki, Əkrəm barıtı çox eləyib, lap mənim Qulaməlim kimi. Amma bir tərəfdən də baxanda, onsuz iş keçmir, barıtı çox qoymayanda inqilab da olmur; nə cəmiyyətdə, nə də zehniyyətdə. Barıt qoymaqda Əkrəm bizdən də qabağa gedib, bu, yaxşı haldı. Demək, söz yazanlarımız bu illərdə ərzində yerində saymayıblar. Bu qara-qışqırığa (siz indi ona kampaniya deyirsiniz) çox da aludə olmasın. Elə meyitimi yerdə qoyan həmin camaatdı, heç dəyişməyib. Məni basdıqmağa gəlmədilər, sonra heykəlimi qoydular. Göstərişpərəst camaatımız bu gün kitab yandırdığı kimi, sabah da bir başqa göstərişlə onu gül-çiçəyə tutar. Sözlərimi Əkrəmə çatdır, de ki, Mirzə Fətəli belə dedi.

İndi mən uzaqdayam! Əlim çatmır! Bakıdakı dostlardan xahiş edirəm, mənim daşdan ağır yuxumu Əkrəm Əylisliyə danışsınlar.

Vahid Qazi

Karlskrona, İsveç.

16 fevral, 2013

P.S. Oyananda İsveç PEN klubuna zəng edib yuxumu danışdım. Gözləyirəm görüm bir səs çıxacaqmı – yuxumu yoza biləcəklərmi?

TOPLUM vətəndaş cəmiyyəti jurnalı

Toplum 84(8) Payız 2012

REDAKTOR YAZISI. Vahid Qazi: “Facebook ölkəsi”

MÜSAHİB. Əkrəm Əylisli: “Hakimiyyət cəmiyyəti ekstremizmə sürükləyir…”

ANTİDEMOKRATİYA. Məmməd Süleymanov: “Orduda itkilərin qorxulu statistikası”

DEMOKRATİK MÜBARİZƏ TARİXİ. Rafiq Turabxanoğlu: “Məhbəs xatirələri”

SƏRHƏDSİZ SƏRHƏD. Razi Nurullayev: “QHT-lər və siyasət arasında sərhədlər”

DÜŞÜNCƏ BUXOVU. Mehriban Zeynalova: “Azərbaycanda ailə münaqişəsinin mental kökləri”

QHT ARAŞDIRMASI: “Azərbaycanda hərbi-mülki münasibətlər: orduya mülki nəzarət problemləri və perspektivlər”

QHT SÖHBƏTLƏRİ. Bəkir Nərimanoğlu: “Qanuna QHT süzgəci”. Mehdi Fərəc: “QHT-lərin ictimai-siyasi prosesdə iştirak problemləri”

toplum73(7) Yay 2012

REDAKTOR YAZISI. Vahid Qazi: ”Azadlıq qiymətinə foto”

İRAN-TURAN SÖHBƏTİ. Sədrəddin Soltan: ”Azərbaycan-İran konflikrinin əsasları”

MÜSAHİB. Vəfa Quluzadə: “Demokratiyanın yayılması sunami kimidir…”

ANTİDEMOKRATİYA. Məmməd Süleymanov: ”Münaqişələr və media

ÜNSİYYƏT PROBLEMİ. İlqar İbrahimoğlu: ”İnsanlararası münasibətə (münaqişəyə) İslami yanaşma”

DEMOKRATİK MÜBARİZƏ TARİXİ. Rafiq Turabxanoğlu: ”Məhbəs xatirələri”

BİRLƏŞMƏK QORXUSU. Azər Əli: ”Azərbaycan insanının birləşmək problemi”

QHT ARAŞDIRMASI: ”Azərbaycan təhlükəsizlik və müdafiə sektorunda əsgər ölümləri: problemlər və perspektivlər”

QHT SÖHBƏTLƏRİ. Aytən Məmmədova: ”13 il davam edən qeydiyyat prosesi”. Ülkər Bəkirli: ”QHT-lərə qarşı təzyiqlər davam edir”, ”QHT hökumətə inanırmı?

Oxumağa davam et