Əzimə Ağalarova “Çöl Qala”dan yazır

Azima Agalarova Vahid Qazi (2)

Aşkın ötəsində

Vahid Qazinin “Çöl Qala” əsəri haqqında düşüncələrim

Onu düz bir il bundan qabaq tanıdım, feysbukdan. Onda mənim Stokholmda “Bakıdan Qahirəyə və Stokholma uzanan yol” əsərimin təqdimatı keçirilirdi. Stokholmdan çox uzaqda yaşamasına baxmayaraq, gələcəyini söylədi. Aciğı inanmadım, çünkü Avropada min kilometrdən artıq yol qət etməyin nə demək olduğunu, elə Avropada yaşayanlar bilər, amma gəldi.

Çox narahat idim, sanki üstümdə ağır bir yük vardı, çox utanırdım, ona əziyyət verdiyimi düşünürdüm. Zaman keçdi, bu insanı tanıdıqca, ona bələd olduqca, keçirdiyim hisslər məni tərk etdi…

Bakıda “Çöl Qala” kitabının çıxdığını biləndə həmən dostlara zəng vurub aldırdım, amma kitabın gəlib çıxmasına səbrim çatmadı. Yazıb özündən əsərin elektron variantını istədim.

Axşam oxumağa başladım, ilk səhifələrindən əsər məni özünə kilitlədi – yazarın dediyi kimi bir nəfəsə oxudum.

Dan yeri söküləndə, gecə yerini gündüzə verəndə mən də əsəri bitirdim, əsirliyindən qurtuldum. Neynəyim ki, rəssamın və rejissor xanımın taleyinə biganə qala bilmədim. ”Çöl Qala”nı təhlil etməyi qətiyyən düşünmürəm, onsuz da oxuyan bilir. Axı, məni özünə əsir edən bir əsəri neçə təhlil edim? Bildiyimiz aşk bumu? Oxumağa davam et