Aydın Canıyev “Əraf”dan yazır

“Saray” (hakimiyyət) – “Çöl” (xalq) – “Hasar” (vicdan) üçbucağı. Günümüzün bəlkə də ən sərrast yazarı Aydın Canıyev mənim “Əraf” adlı hekayəmə məhz belə həndəsi fiqur rakursundan baxıb – maraqlı bir yazı yazıb. Aydın bu dəfə də sərrast baxıb, aydın görüb. Diktaturalarda insanların coğrafi arenası bu üçbucaqla məhdudlaşır. İnsanlar “Saray”la (hakimiyyət) “Çöl” (xalq) arasına çəkilən “Hasar” (vicdan) sərhəddində girinc qalır – imtahan olunur. Azadlıqların boğulmadığı açıq cəmiyyətlərdə isə belə sərhəd yoxdur. Orada hakimiyyətlə xalq iç-içə, qovuşuqda yaşadığından vətəndaş seçim sınağına çəkilmir – Ərafa gətirilmir.

aydın canıyev

Bəşəriyyət üçün AVTOPORTRET

Əslində, ayrı yazı yazacaqdım – evə o niyyətlə qayıtmışdım. İş yerimdə – “fb-də köşə yazarı” sütunumda “Vinetka” rubrikasında Zakir Məmməddən, İlqar Türkoğludan, Nazir Əhmədlidən və… Məmməd Əmin Rəsulzadədən bəhs edəcəkdim. Amma Vahid Qazinin hekayəsindən yazmalı oldum. Yazı MƏTN yazdırdı, daha doğrusu. Oxumağa davam et