Atalar və qızlar

Atalar və qızlar

2018-ci ilin 13 avqust günü idi, Amerikaya gəlirdim. Bakı aeroportunda oturub uçuş vaxtımı gözləyirdik. Atamla anam məni yola salırdılar.

Üzbəüz oturmuşduq. Qarşıdan tanış bir simanın tələsik keçdiyini gördüm. “Deyəsən, Vahid bəydir o” dedim. Atam arxaya çevirdi, uzaqdan əl edib salamlaşdılar.

Oxumağa davam et

Bərəçi, mən və Vahid Qazi…

əntiqə

Bərəçi, mən və Vahid Qazi…

Deyilənə görə, Kür çayında bərə işlədən orta yaşlı bir adam sahildən ona əl edən qıvrımsaç müştərini çayın bu üzünə keçirir. Müştəri əlindəki çubuğu astadan suya çırpa-çırpa dodağının altında nəsə deyir. Bərəçi diqqət kəsiləndə onun şeir söylədiyini hiss edir: Oxumağa davam et

Söz yağışı

50117240_386787215447933_5756395897751601152_o

Söz yağışı

Oxuduğum son sevgi romanından düz üç il ötürdü. Hər şeyin son dərəcə əlçatan, asan, bəzən hətta bayağı olduğu bu zəmanədə düşünürsən sevgi erası çoxdan bitib. Hisslərin öz yerini hiyləgər gedişlərə verdiyi sanki yüz il olub. Duyğuların adamı qızındıracaq qədər istiliyi qalmayıb. Ruslar belə aldadıcı vəziyyətlərə “мишурный блеск” deyir, yəni yalançı parıltı. Saxta vəziyyətləri bu qədər gözəl anladan ikinci bir söz bilmirəm. Oxumağa davam et

Sonsuzluqla baş-başa

Mehman Kerimov col qala

Sonsuzluqla baş-başa

Vahid Qazi həvəslə aradığım, oxuduğum yazarlardandır. “V. Qazinin yazıları” adlı kompüterimdə ayrıca bir fayl da var. Mənə rast gələn yazılarını çoxdan toplayıram. Oxumağa davam et

“Çöl Qala”nın iç dünyası

col qala arif rehimoglu

“Çöl Qala”nın iç dünyası

    Azad olmuş yox, azad edilmiş qul nə edəcəyini bilməz. Ya keçmiş qulluğunun həsrətini çəkər, ya da yeni ağa axtarar.

          Əbülfəz Elçibəy

Vahid Qazinin “Çöl Qala”sını oxuyandan sonra əsərlə bağlı düşünərkən istər-istəməz rəhmətlik Əbülfəz Elçibəydən (Allah rəhmət eləsin! Məzarı nurla dolsun!) eşitdiyim bu müdrik deyimi xatırladım. Öz-özümdən soruşdum: Vahid bəyin əsərdə yaratdığı rəssam kimdir – azad olmuş quldur, ya azad edilmiş qul? Oxumağa davam et

“Бейсбол на шахматной доске”

Книга Бейсбол на шахматной доске

Бейсбол на шахматной доске

Эссе, рассказы, статьи, путевые заметки

Российское издательство Ridero опубликовало мою книгу под названием “Бейсбол на шахматной доске”. Сайты Ridero.ru и Amazon.com выставили книгу на продажу в электронном и печатном версиях. В книгу входят художественно-политические публицистические статьи, рассказы и путевые заметки “Чамайра. Кубинская тетрадь”.

ОТЗЫВЫ

Oxumağa davam et

“Озоновые люди”. Отзывы Ирены Ласоты, Чингиза Гусейнова, Рустама Ибрагимбекова, Стейнара Гила, Эльчина Шыхлинского.

Ozonovie lyudi

“Озоновые люди”

Отзывы Ирены Ласоты, Чингиза Гусейнова, Рустама Ибрагимбекова, Стейнара Гила, Эльчина Шыхлинского.

Irena Lasota

Ирена Ласота: «Проза Вахида Гази очень отличается от современного стиля. В ней смешаны жесты и чувства поэта, и субъективный взгляд на мир журналиста из провинции, который увидел, прочувствовал и понял мир за пределами Карабаха, Баку и Азербайджана, но корни которого остались там. В его прозе смешиваются ирония и трагедия, как в самой хорошей литературе».

            Cingiz Huseynov

Чингиз Гусейнов: «Вахид Гази – человек Пера, если понимать Слово в его Божественном предназначении, а именно: нотки ностальгии в его рассказах, призванные крепить в душе человека добро и отзывчивость, утверждать справедливость и правду, чувство человеческого достоинства…» Oxumağa davam et

“Çöl Qala”, Elif Şafak və fransız filmi

Besti İsmayilova1

Bir “Çöl”dən keçdim

Deyirlər ey, “Çöl Qala”nı bir oturuma oxudum, bir su kimi içdim… Mən belə edə bilmədim… Mən yavanlıq eləmək istədim.., çörək kimi, loğma-loğma oxudum, hətta 152-ci səhifədə dayandım. İki gün oxumadım, cürbəcür sonluqlar fikirləşməyə başladım. Bu Un_homme_et_une_femme_1966_posterarada yadıma nə vaxtsa oxuduğum bir şeylər düşdü.

Xarici ölkə məşhurlarından hansısa Cəlil Məmmədquluzadənin “Ölülər”ini  oxuyurmuş, qəbiristanlıq səhnəsində kitabı örtüb. Deyir ki, bir ay fikirləşdim, əcaba ölü diriltmək məsələsini müəllif necə sonlandıracaq. Bilirəm, müqayisə uğurlu deyil, amma müəyyən çalarlar var. Axı “Çöl Qala”nın müəllifi də ruhunu öldürmüş Qadını “dirildəcəkdi”!

“Dirildə” biləcəkdimi?!

Və amansız sonluq, üzücü nəticə, amma ürəyimcə oldu, qardaşım İlham  demişkən, hind filmi olmayacaqdı ki… Füzulişünaslar da yazır ki, Füzuli Leyli və Məcnu
na bir görüşü qıymadı. Burada da müəllif bir üzbəüz, bir gözəgöz görüşü qəhrəmanlarına qıymır. Oxumağa davam et

Məhsəti Şərif “Çöl Qala”dan yazdı

Mehseti Serif”Çöl Qala”

Vahid Qaziylə bəlkə bir və ya iki dəfə rastlaşmışam. O tanınan yazar, mən isə tanınmayan gənc jurnalist olduğum üçün bəlkə də realda məni diqqətə almayıb. Amma mən nədənsə hər zaman Vahid Qazi deyəndə ürəyimdə bir sıcaklık olurdu. Sonra sosial şəbəkədə ara-sıra söhbət edirdik. Özünün xəbəri olmasa da, onun blokunun oxucusuyam. “Çöl Qala” əsərini yazdığını duyanda da, duyğusal insan hər halda Şuşadan yazıb, dedim. Çünkü Şuşada Çöl Qala məscidinin olduğunu bilirdim.

Kitabın təqdimatı keçirildi. Mənsə onun çap olunmamış variantını oxudum. Texniki səbəblərdən əsəri oxumaq bir az gec oldu. Bir neçə saata oxudum. Aramla, sindirə-sindirə. Əslində Şuşaya bu əsərin yalnız duyğusal bağı varmış. Anladım, əslində yazar başqa araşdırma arxasınca gedib, amma tam başqa əsərlə qarşımıza çıxıb. Oxumağa davam et

Telejurnalist Arzu Qazıyevanın “Çöl Qala”dan reportajı

­Arzu Qaziyeva

Tamamlanmış yarımçıq hekayə

Vahid Qazinin “Çöl Qala” povesti haqqında düşündüklərim

Çöl Qala… Axı, bu ad nə deməkdir? Yox, mənə parol, şifrə lazım deyildi. Mənə sadəcə QALAnın özü haqda bilmək lazım idi…

Biri vardı, biri yoxdu, bir rəssam vardı. Rəssamın yaşadığı qala və çoxlu kətan əsərləri vardı. Amma o, çiçəkləri sevən bir aktrisaya vurulmuşdu və günlərin birində onun pəncərəsi önünə milyon qızıl gül səpdi…

Bu hadisə o məşhur mahnıdan deyil, nə qədər qəribə eyniyyət təşkil etsə də rəssamın həyatının bir parçasına çevrilə biləcək ruhunun monoloqudur. Rəssam həm qəhrəmandır, həm də müəllif.

O, Şuşada doğulub. Çöl Qala adlanan məhəllədə böyüyüb. Nə qəribə adı var o məhəllənin. Sən demə, şəhərin qala divarları tikiləndən sonra bura köçüb gələnlərin bir qismi yer azlığından Şuşa qalasından kənarda məskunlaşmalı olub. Beləcə, həmin yer Çöl Qala adlanb. İnsanlarımıza heyranam, onlar o qədər sadə və yaradıcıdırlar ki, çox uzağa gedib baş sındırmırlar, hər şeyə dərhal bir uyğun ad tapa bilirlər.

Nə isə, mətləbdən uzaqlaşmayım. Qəhrəman da həmin məhəllədəndir. Qəribədir, o, eyni zamanda həm qalanın içində yaşaya bilir, həm də çölündə. Qala onun real həyatı, çöl isə xəyalları, düşüncələri, ruhudur.

Rəssam taleyinə üsyan qaldırıb onu özünə tabe etmək istədi. Lakin üsyan onun məğlubiyyətilə bitdi.

“Doxsanıncı illərin əvvəllərində baş verənlər böyük dəyişiklərdən, umudlardan xəbər verirdi. Dəyişiklik oldu – həyatımızın altı üstünə çevrildi. Sonunda doğulduğum şəhər, böyüdüyüm dağ-dərə, umudunda olduğum azadlığı da itirdim. Müstəqillikdən sonra kommunist zümrəsi canharay dönüb demokrat oldu, yenidən ölkəyə yiyələndi. Tək ölkənin yox, elə bizim də taleyimizə sahib çıxdı. …Adamın ən dəhşətli halı özünü sınmış, alçaldılmış, çarəsiz duyduğu halıdı…”

Elə onda da müəllif sakitcə çıxıb gedir. Uzaqlara gedir. Onun gedişini bir qaçışa bənzədirəm. Təsadüfə bax, bir alman filmi var, adı “QULAQdan qaçış”dır. Düşərgədən qaçmaq istəyən bir alman əsirinə yardım edən həmvətəni ona deyir: “Tənhalıqda səsi itirmək qorxusu var. Öz-özünlə danış, lazım gəlsə, ağaclarla danış”. Oxumağa davam et