Siyasi didişmələrə sözardı

319-patron

Təcrübəli təcrübəsizlər

Siyasi didişmələrə sözardı

1993-cü ilin iyun ayı idi. Surət Hüseynov qiyamını etmişdi.

Qiyamdan bəhrəsini götürən götürmüşdü.

Ölkə başçısı başını götürüb getdiyindən Prezident Aparatında hamı başını itirmişdi.

İşlədiyim ərazi hakimiyyət və idarəetmə orqanları ilə iş üzrə müşavirlikdə sovetdən qalma əməkdaşlarda arxayınçılıq, çevriliş (inqilab da deyirik) dalğasının bura atdığı biz gənclərdə isə ümidsiz hal vardı. Oxumağa davam et

Elçibəyə etimad referendumundan 25 il sonra

elchibey heyder eliyev

Elçibəyə etimad referendumundan 25 il sonra

Yaxud, qanla tər arasında

Bu gün 1993-cü ilin 29 avqustunda prezident Əbülfəz Elçibəyə etimad məsələsinin ümumxalq səsverməsinə çıxarılmasından 25 il ötür.

Bu o vaxt idi ki, erməni qoşunları bir-birinin ardınca şəhərlərimizi işğal edirdi. Bir ay əvvəl Ağdərə, Ağdam, bir həftə öncə Füzuli, Cəbrayıl zəbt olunmuşdu. Qubadlı uğrunda döyüşlər gedirdi, iki gün sonra o da tutulacaqdı.

35 gün sonra, oktyabrın 3-də isə köhnə prezidentinə etmadsızlıq göstərən xalq özünə yeni prezident seçəcəkdi. 98,84 faiz səslə!

Ölkənin qərbində vətən yolunda qan töküldüyü vaxt şərqində hakimiyyət üstündə tər axıdırdılar.

O davada “tərtökənlər” qalib gəldi. Tökülən xəcalət təri deyildi! Oxumağa davam et

“Şuşada aldığın güllə yarası sağaldımı, Mustafa?”

 

mustafa hacibeyli

Şuşada aldığın güllə yarası sağaldımı, Mustafa?

Mustafa Hacıbəylini prokurorluqda beş gün sorğu-suala tutublar. Deyir, o gün lap 11 saat dindiriblər. Dünən də redaktoru olduğu Bastainfo.com saytının əməkdaşlarını çək-çevir ediblər.

Nə öyrənmək istəyiblər Mustafadan? Güman edə bilərəm! İnsan azadlıqlarından hürkən siyasi sistemlərdə müstəntiq jurnalistdən, siyasi, ictimai fəaldan nə soruşursa, elə onu soruşublar.

Amma nəyi xəbər almadıqlarını dəqiq bilirəm! Ondan soruşmayıblar: “Şuşada aldığın güllə yarası sağaldımı?”,  “Qarabağ qazisi – üçüncü qrup əlil kimi aldığın 70 manat pensiya balalarının çörək pulu edirmi?” Oxumağa davam et

Söymək haqqı – sonuncu insan hüququ

Protesters kicking Donald trump Butt

Söymək haqqı – sonuncu insan hüququ

Mənim bir dostum var. Tanıdığım ən əxlaqlı adamdı. Əxlaq deyəndə tək məişət etikasından danışmıram, bizim dar mənada qavradığımız namus-qeyrəti də demirəm, vətəndaş mövqeli, ictimai əxlaqlı olmağı deyirəm. Oxumağa davam et

Qarabağ davasının 30-cu il dönümü

Fevralın 21-də Qarabağ uğrunda hərəkatın 30 ili tamam olur. 1988-ci ilin həmin günündə Ağdamda Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi tələbiylə ermənilərin bir həftə öncə Xankəndidə keçirdiyi mitinqə mitinqlə cavab verildi. Şəhər meydanında toplanan izdiham səhəri günü Xankəndinə yürüş edən insan selinə çevrildi. İlk qurbanları – Əli və Bəxtiyarı da o yürüşdə Əskəran qalası yaxınlığında verdik.

Olaylara 30 illik məsafə bucağından baxası bir yazı qaralamaq istədim. Bu günkü məğlub durumun başlıca səbəblərindən biri – mənə görə ən birincisi haqda altı il qabaq yazdığım “Azadlıq qiymətinə foto” yazısını bu gün də aktual hesab etdim.

20 fevral 2018

agdam 21 fevral 1988

Ağdam. 21 fevral 1988

Azadlıq qiymətinə foto

Oxumağa davam et

Etiraz – ləyaqətin bir başqa adı

iran 2018

Etiraz – ləyaqətin bir başqa adı

Bethoven “3-cü simfoniya”sını 1804-cü ildə bitirir və “Qəhrəmanlıq” adlandırdığı bu əsərini demokratiya, anti-monarxiya inqilabının carçısı Napoleona həsr edir. Az sonra Napoleonun özünü imperator elan etməsi onun xəyal qırıqlığına səbəb olur.

“İndi o, inqilabın verdiyi insan haqlarını ayaqlar altına atacaq, tiran olacaq!”, – deyir. Oxumağa davam et

Məğrur yaltaqlıq məktəbi

koreya

           Şimali Koreyanın qurucusu Kim İr Senin Pxenyandakı heykəli

Məğrur yaltaqlıq məktəbi

Kefiniz istəyən qədər yaxşı xasiyyətimizi sanayaram, qurtarmaz. Nə bilim, mehribanıq, yanımcılıq, mərdik, ürəyimiz də açıqdı, əlimiz də filan.

Di gəl, özümüzünkülərə yox! Yada, qırağa. Bu yazıda dərdim bu deyil, bundan danışmıram.

Niyə beləyik, deyə fikirləşirəm. Bir heylə düşünürəm, ağlıma babat, ağlabatan səbəb gəlmir. Ağlıma yalnız bir pis işimiz gəlir, elə pis iş ki, cəmi yaxşılarımızı yuyub aparır. Oxumağa davam et