
Bəxtiyar Hacıyevin məhbəs məktubu
…Çox adamdan məktub almışam. Məni təsirləndirənləri az olmayıb. Bir-ikisini deyim.
“Adamlar və kitablar” silsiləsindən
Yaxud 150 illik suallarla baş-başa
Rəhman Bədəlovun “Легко ли быть азербайджанцем? Диалоги с самим собой” (“Azərbaycanlı olmaq asanmı? Öz-özümlə dialoqlar”) kitabını Azərbaycanda Maarifçi Hərəkatın 150 ildə keçdiyi yola, 100 il qabaq başlayıb hələ də bitməyən millətləşmə prosesinə, milli kimliyimizə baxış toplusu da, 85 yaşlı filosofun ömür müşahidələrindən fəlsəfi memuar da adlandırmaq olar.
Kitabı buradan yükləmək olar: Ruhlar şəhəri 2021
Tələbə yoldaşım Rəsmiyyə Məmmədqızı Ağdamın isgaldan azad olunduğu günlərdə bir gün mənə yazdı ki, gəl “Ruhlar şəhəri”ni yenidən nəşr edək. Təklifin içində bir qalib ədası, sevinci, bir də ruhumuzu yenidən Ağdama körükləmək havası vardı. Bir də deyəsən həmkarım istəyir ki, oxucular bu dəfə “Ruhlar şəhəri”nə başqa gözlə baxsın, başqa ruhla oxusun. Çünki Ağdamı silbaşdan yenidən qurmaq, bu acı taleyimizi yenmək və yenidən yazmaq umudum vardı kitabda, bəlkə bir səbəb də odur…
Невозможно, чтобы новоприобретенные знания не рождали новых вопросов!
Как неотвязный вопрос о следующих друг за другом загадочных смертях в 60-х годах видных государственных деятелей, руководящих национальных кадров, о которых повествуется в главе «Шыхали Гурбанов или «Люди долга и чести» мемуара Чингиза Гусейнова “Минувшее – навстречу”.
“Adamlar və kitablar” silsiləsindən
“Ağ zanbaqlar ölkəsi” üzərində xəyal gəzintisi
Həyətimizdə, gilənarlığın altında iri bir qum topası vardı. Yarım maşınlıq olardı. Uşaqlığın qumla oynayan çağında o qumluqda yol çəkib şəhər salmaqdan xoşum gəlirdi. Əməlli-başlı şəhər olurdu: girişi, enli küçəsi, dalanları, evləri, milis idarəsi… Saatlar çəkərdi şəhərsalma prosesi.
lk oyuncaq ilk sevgi kimidir – unudulmur. Xatırlayırsınızmı ilk oyuncağınızı? Sizi bilmirəm, mənim yadımda o, ilk sirdaşım kimi qalıb. Oxumağa davam et
Şəkildə gördüyünüz bu adamı tanımayan dostlara tanıtmaq istəyirəm. Saleh Rüstəmov. Oxumağa davam et