
Müəllifdən
Başqalarını bilmirəm, mənim üçün müsahibə vermək yazı yazmaqdan çətindir. Məsuliyyəti böyükdür, ona görə. Yazıda fikirlərinə dəfələrlə dönmək, redaktələr etmək imkanın olur. Müsahibədə isə belə deyil, “insaflı” jurnalist dərc etməzdən qabaq uzaqbaşı bir dəfə oxumağına şərait yaradar. TV müsahibələrdə bu fürsət də yoxdur. Hələ peşəkar jurnalistin gözləmədiyin, qəfil sualına düşünməyə vaxtın olmamasını demirəm heç. Bir sözlə, müsahibə vermək yazı yazmaqdan ağır işdir. Yəqin ona görədir, verdiyim müsahibələr qədər də min-bir bəhanə ilə boyun qaçırdıqlarım var.
Bir jurnalist kimi mənim də müsahiblərim olub. Bizimkilərdən Rüstəm İbrahimbəyov, Ramiz Rövşən, Əkrəm Əylisli, Fred Asif, Rövşən Cavadov, Ala Yaqub, Ayaz Salayev, Rafiq Əliyev, Vəfa Quluzadə, əcnəbilərdən keçmiş sovet dissidenti Levan Berdzenişvili, Bolqarıstanın ilk antikommunist baş naziri Filip Dimitrov, Norveçin ölkəmizdəki keçmiş səfiri Steynar Gil və başqa bu sayaq adamlardan aldığım müsahibələrim var. Əlimdə qalanları bloqumun “Müsahiblərim” bölməsində yerləşdirmişəm.
Bugünədək verdiyim müsahibələr də bloqumda ayrıca bölmədə toplanıb. Bu müsahibələri bir kitab halına salmaq ideyası sonuncu intervünü bloqumda yerləşdirəndə ağlıma gəldi. Əvvəlkilərə çaparaq göz atanda. Gördüm, xeyli maraqlı söhbətlər varmış.
Rəngarəng mövzular var: siyasət, insan haqları, demokratiya problemlərindən tutmuş ədəbiyyata, dinəcən. Zamanlar və məkan fərqliliyi də öz yerində: Qarabağdan Kubaya, sovet illərindən günümüzədək.
Deyir, birini tanımaq istəyirsənsə, danışdır. Bu müsahibələrin hər biri bir pazl hissəsi kimidir, hissələri yığanda portret tam olur. Odur ki, kitabın adını belə qoydum – “Danışım, gör məni”.
İçindəkilər
“Bütün sevgilərin bir səsi var – pıçıltı” Pərvin Nurəliyevanın suallarına cavab
“Öz yazını redaktə eləmək, həyatda buraxdığın səhvləri düzəltməyə cəhdə oxşayır” Günel Musanın suallarına cavab
“Gələcək görmək istədiyim keçmişdir” Fərid Hüseynin suallarına cavab
“Vikinq babalarıyla fəxr edib sinəsinə döyən isveçli görməmişəm” Kəramət Böyükçölün suallarına cavab
“Aydan baxsan Yer də vətəndir” Sevinc İltifatqızının suallarına cavab
“Günel Mövlud məni dilə-dişə saldı” Cəvahir Səlimqızının suallarına cavab
“Eyforiya ilə depressiya bir dağın iki üzü kimidir” Rumiyyə Miraslanın suallarına cavab
“İztirab – vətəndə qərib olmaqdır” İnfarmator.az saytına müsahibə
“Bölgəyə sülh yalnız işğalçı Ermənistan öz qoşunlarını Azərbaycandan çıxarandan sonra gələcək” İsveç qəzetininə müsahibə
“Əsgəran, Xankəndi erməni-rus nəzarətindəykən yeni Ağdamda dinclik olacaqmı” Publika.az saytına müsahibə
“Dirənib Rusiya qoşunlarını Qarabağdan çıxartmalıyıq” İsmayıl Qocayevin suallarına cavab
”Tanrının təlimini insan dəyişdi, Qabil Habili öldürən gün” Ceyhun Musaoğlunun suallarına cavab
“Azərbaycan dilində yazılan əsəri dünya ədəbiyyat “bazarı”na çıxara bilməzsən” Əli Zülfüqaroğlunun suallarına cavab
“İmitasiya müasir Azərbaycanda həyat normasıdır” Könül Səidin suallarına cavab
“Nizami farsca yazıb, onda milli şairimiz deyil?” Elmin Nurinin suallarına cavab
“Qarabağ mövzusunda hər yazı dərc edəndə Ermənistandan bloquma 3-5 giriş olur” Aysel Aslanın suallarına cavab
“Düşündüklərini içində boğursansa, daxilin duyğu qəbirstanlığına çevrilir” Əntiqə Kərimzadənin suallarına cavab
“Dində vətəndaş yoxdur, insan var” “Mediaforum”un suallarına cavab
“Kubada maşınla adam vurana 15 il iş verirlər, inək vurana 25 il” “Mediaforum”un suallarına cavab
“Qarabağ de-fakto bizim deyil, de-yuri qarantı hələ ki, neftimiz və neft borumuzdu” Elnur Elgünün suallarına cavab
“Demokratiya bərqərar olmadıqca ermənilər Azərbaycanda yaşamaq istəməyəcəklər” “Bizim yol” qəzetinin suallarına cavab
“Bizə deyirlər, öz dövlətinizi özünüz təhrik edin, danışıqlara gətirin” “Ayna” qəzetinin suallarına cavab
“İnsan məscidə girəndə siyasəti, partiyanı, ideyanı unutmalıdır” “Vətəndaş cəmiyyəti” jurnalı suallarına cavab
“Azərbaycana demokratiya neft bitdikdən sonra gələcək” Kamal Əlinin suallarına cavab
Bir sual – bir cavab
”Şair şeirini yalnız rəhbər qarşısındamı deməlidi?” Nərgiz Cavadzadənin sualına cavab
“Teatr şeytan yuvasıdırmı?” Sevinc Fədainin sualına cavab
“Demokratiya özülü olmayan siyasi sistemlər çöküşə məhkumdur” Deyerler.org saytının sualına cavab
“Bu günün sosial şəbəkələri dünənin çayxana və dərnəklərini əvəz edib” Simsar.az saytının sualına cavab
“Ola bilər, Türkiyə Qarabağ yükünü daşımaqdan yorulub” “Mediaforum”un sualına cavab
”Siyasi əxlaq son 30-40 ildə bütün dünyada məzmununu dəyişib” Rövşən Danyerinin sualına cavab