
Zəfər bayramı, rus işğalı haqda TV söhbət
Tarixi hansısa marağa görə yazmaq mənasız işdir. Onsuz da sonunda tarix hər hadisəni öz adıyla çağırır.
8 noyabr Şuşanın erməni hərbçilərindən azad edildiyi gündür. Atəşfəşanlığa haqqımız çatan Zəfər bayramıdır. Bənzərini yaşadığım sevincli günümü, eyforik halımı xatırlamıram.
9 noyabr isə Rusiyanın Qarabağı müqavimətsiz işğal etdiyi, Azərbaycana xarici qoşunların konstitusiyaya zidd, xalqdan xəbərsiz buraxıldığı gündür.
BİZ TV kanalında Zəfər bayramından, işğal aktından və bu konteksdə başqa mətləblərdən danışdım. Bilirəm, hər həqiqət demək üçün deyil. Acı da olsa, doğru bildiklərimdən bir az dedim.