“Yol” (səyahət yazıları)

“Yol” (səyahət yazıları)

kitabı buradan yükləmək olar:

Yol. Səyahət yazıları 1

MÜƏLLİFDƏN

Gördüm, koronavirus ucbatından bu yay da gəzməklərə getmək alınmayacaq, dedim, səyahətsevər dostlar üçün bir kitab bağlayım. “Yol. Səyahət yazıları” kitabına “Ölkələr və şəhərlər” silsiləsindən yazdığım foto-reportajlar, səfər təəssüratları, yol qeydləri daxildir.

Bu kitabı oxuyanlar Parisi, Londonu, Varşavanı, Vyananı, Havananı, Kazanı, Afinanı, Qahirəni, Kolombonu, canım sizə desin, başqa neçə-neçə şəhəri mənim bələdçiliyimlə görəcək, onların küçə və xiyabanlarını, muzey və mədəniyyət mərkəzlərini gəzəcək, tarixi yerləriylə tanış olacaqlar. Şri-Lanka, Kuba, Maldiv adalarına üzəcək, Belarusun, “Tatar çölü Rusiya”nın görüb bilmədiyimiz üzünü görəcək, qorxulu Quantanamaya, Osvensimə baş çəkəcək, Şopeni, Mosartı, Bethoveni, Koperniki, Dikkensi, Darvini evlərində ziyarət edəcək, qədim Elladada Zevs qarışıq neçə yunan tanrısı ilə, Misirdə Günəş allahı Amon Ra ilə, neçə-neçə fironla söhbətimə qulaq şahidliyi edəcək, İspaniyada “Əndəlüs köpəyi”nə baxacaq, Seylonda pürrəngi çay içəcək, istəsələr lap ingilis pabında viski, Eyfelin başında fransız şampanı, Egeydə yunan “Santorini”si də dadacaqlar. Bir sözlə, dünyanı fırlanıb, dolanıb sağ-salamat Bakıya qayıdacaqlar.

İÇİNDƏKİLƏR

Paris günləri. Foto-reportaj

Kuba mənim gözümdə. Havanadan Quantanamaya

Qırmızı ada. Kubadan şəkilli reportaj

Vyanada Şuşalı günlər. Avstriya paytaxtından xatirə söhbəti

Varşava – azadlıq və sevgi şəhəri. Şopen, Osvensim, Kopernik

Tanrılarla baş-başa. Qədim Ellada allahları ilə söhbət

Dumansız Albion. London: təsəvvürdən təəssürat reportajı

Əndəlüs lövhələri. İspaniyadan sürreal-real reportaj

Maldiv – Yer üzünün cənnəti. Hind okeanının mərcanı

Ağ Rusiyanın qara taleyi. Belarusun görüb bilmədiyimiz üzü

Şri-Lanka gözəlləməsi. Filli-pələngli Seylondan pürrəngi foto-reportaj

Tatar çölü Rusiya. Kazandan tarixi-infantil foto-reportaj

Fironlar ölkəsinə səyahət. Misirdən şəkilli səfər qeydləri

Qotland. İsveç savannasına səyahət

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma