
Ruhlar şəhəri.
Müəllifdən
Hələ çoxdan qərara gəlmişdim ki, “Ruhlar şəhəri”ni bir də nəşr etdirəsi olsam, onu kitabın ilk iki nəşrindən sonra Ağdama həsr etdiyim yazılarla, gündəliyimdə qaraladığım; bəzilərini Facebook səhifəmdə paylaşdığım, bəzilərini jurnalistlərlə söhbətlərdə danışdığım xatirələrlə, kitab haqqında yazılan məqalə, resenziya, məktub, mesaj, şeir, hətta SMS-lərdən seçmələrlə birlikdə nəşr etdirəcəm.
Şəhərimiz azad olunandan sonra dostlar, oxucular məni “Ruhlar şəhəri”ni yenidən nəşr etdirməyə həvəsləndirəndə ilk işim kitaba əlavə olunacaq o mətnləri toplamaq oldu. İllərlə yığılmış bu yazılar kitabın həcmindən bir neçə dəfə çox idi. Odur ki, mətnlərdə ən mühüm hissələri saxlamaq, təkrarlanan fikirləri, xüsusən də minnətdarlıq ifadə edən yerləri ixtisara salmaq məcburiyyətində qaldım. Həm həcm şişməsin, həm də mütaliə ritmi pozulmasın deyə.
Açığı, məqalə, məktub, mesaj və SMS-lərdən seçim etmək heç də asan olmadı.
… “Ruhlar şəhəri” ilk kitabımdır. Sonra daha yeddi kitab da çıxdı, rus, İsveç dillərində nəşr olunanlar da var aralarında. Elə o qədər də nəşr olunmayanı durur hələ. Amma bu kitab bir köynək daha yaxındır mənə. O, anaya, sevgiliyə, sirdaşa deyiləsi ən məhrəm və mübhəm söz kimidir. Belə sözləri hər deyəndə yazmaq olmur.
“Ruhlar şəhəri” 10 il əvvəl, təxminən dörd aya yazıldı – hər günü bir ömür qədər uzun dörd ay. Bakının bir soyuq fevral günündə başlayıb, Xızının bir ilıq bahar sabahında bitirdim. Bitirdimmi?
Sonralar dönə-dönə bu haqda məndən soruşanlara, “az yazmısan, yazası çox şeylər tapa bilərdin” deyənlərə belə cavab verirdim: “Oxucuya çəkdiyim bu “pay” doyumluq yox, dadımlıqdır”. Əslində isə “nəfəs çatmadı” deməliydim.
Doğrudan, düz sözümdür, nəfəs çatmadı; əvvəlcədən “Bazar” və “Mağar” adlı esselər də yazmağı nəzərdə tutmuşdum. “Bazar” hələ sovet illərində azad bazar iqtisadiyyatı havasıyla yaşayan şəhərin iqtisadi-ticari aləminə həsr olunacaqdısa, “Mağar” xeyir-şər məclislərinin təşkili, özünəməxsus kültürünün incəliklərinə işıq tutasıydı. Yazılmadı, alındıra bilmədim. Qəribə hala düşmüşdüm onda, evdə də bir cür baxırdılar mənə.
Görünür zaman lazımmış, bir də, fərqli məkan. İsveçə köçəndən sonra 2010-cu ilin o dörd ayında yaşadığım ovqata dəfələrlə düşəcəkdim. Və bu ovqat hər girəvədə məni bugündən qoparıb xatirələrin isti qucağına – Ağdamlı çağa atacaqdı. Hər dəfəsində yeni yazı yazılacaqdı.
Odur ki, “Ruhlar şəhəri”nin ilk iki nəşrindən sonra Ağdama aid yazılanları da bu nəşrə əlavə etməyi lazım bildim. Xüsusən də, şəhər azad ediləndən sonra yazılanları, illah da 29 il sonra Yurda səfər yazısını…
… Azad ediləndən sonra Ağdamın bərpasına başlanılıb. Deyirlər, mənim xatirələrimin yerində müasir tipli şəhər salınacaq. Daha gözəl, daha əzəmətli, modern şəhərə çevriləcək Ağdam. Bu kitabdakı Ağdam isə bir də olmayacaq.
Ağdam haqda işlətdiyim “Qafqaz Xirosiması”, “Ruhlar şəhəri” epitetləri də tarixin yaddaşına köçəcək.
…və mən buna ürəkdən sevinirəm!..
İçindəkilər
Müəllifdən……………………………………………………….. 6
“Ruhlar şəhəri”
Ön söz. Ramiz Rövşən: “Mümkünsüz qayıdış”ın əzabı…………… 7
Birinci esse. On yeddi………………………………………………………… 9
İkinci esse. Heyva qoxulu zirzəmi………………………………………. 11
Üçüncü esse. Çəpər…………………………………………………………… 13
Dördüncü esse. Xilaskar ölüm marşı…………………………………… 15
Beşinci esse. Ağ gecənin yuxusu………………………………………… 17
Altıncı esse. Vaxt olmayan yer…………………………………………… 19
Yeddinci esse. Novruz sabahının pəncərəsi………………………….. 23
Səkkizinci esse. Yusif üzlü kitablar…………………………………….. 27
Doqquzuncu esse. Rəngsiz kino…………………………………………. 30
Onuncu esse. Azan oxuyan göyərçin…………………………………… 33
On birinci esse. Hökumətə məhkumlar………………………………… 37
On ikinci esse. Sümük abidə………………………………………………. 41
On üçüncü esse. Toz adamlar…………………………………………….. 45
On dördüncü esse. Sağ qalan ləpirlər………………………………….. 48
On beşinci esse. Xəyal memarı…………………………………………… 52
Son söz. Rafiq Əliyev: “Qiyamətə qalmış 4 dəqiqə”…………….. 55
“Ruhlar şəhəri”nin ilk iki nəşrindən sonra yazılanlar
“Sonalar gölü”nün sahili. “Yaddaş ləpirləri” silsiləsindən………59
Stokholmdan Ağdama ABBA ilə……………………………………….. 61
Bir şəklin tarixçəsi. ………………………………………………………….. 64
Atamın şilləsi, sevgisi və 20 yanvar …………………………………… 66
Narıncı yarış maşını ………………………………………………………… 67
17 yaşlı Anarın 40 yaşına …………………………………………………. 69
Allah vermişdi Allahverdini …………………………………………….. 72
Rəmiş. Sənət, zaman, tale üçbucağında ……………………………………. 74
Aqil Abbas haqqı ……………………………………………………………. 77
Şeyximizin bəyənmədiyi azan sədası dünyanı dolaşır ………….. 79
Ağdama yol Bakıdan keçir ……………………………………………….. 81
Azadlıq qiymətinə foto. Əli və Bəxtiyarın xatirəsinə …………………. 83
Fellininin Qarabağdan keçən “Yol”u …………………………………. 85
Xankəndi. İkinci yazı …………………………………………………………. 87
Qarakəndli Anuşun təbəssümü ………………………………………….. 89
Xəyalpərəstin həqiqət xəbəri …………………………………………….. 91
Ağıllı Ağdamın kölgəsi ……………………………………………………. 93
O göydəki ulduzlar haqqı …………………………………………………. 95
Donuq duyğuların canlı xəyalı: Ağdam ……………………………… 97
Gündəliyə yazılan Ağdam xatirələri
Facebookda paylaşdıqlarım ……………………………………………… 101
“Ruhlar şəhəri” haqda məqalə, resenziya, rəy, məktub,
sms, şeirlərdən seçmələr
Məqalələr …………………………………………………………………….. 117
Məktublar ……………………………………………………………………. 126
Rəylər, mesajlar, smslər ………………………………………………… 129
Şeirlər …………………………………………………………………………. 135