Zülmətxana mehmanları

mehman turan

Zülmətxana mehmanları

Koreya yarımadasının gecə vaxtı kosmosdan çəkilən məşhur bir şəkli var. Yarımadanın cənub hissəsi çıraqbandı, şimalısa zülmət qaranlıq. Şimali Koreyada sözün iynə gözü boyda azadlığı yoxdu – elə qaranlığın tək səbəbi də budu!

Azad sözü boğmaqla biz də özümüzü, ətrafımızı qaranlıq zülmətə qərq edirik. Abşeronun hər neft quyusunu məşələ çevirsək belə işıqlatmayacaq bir qaranlığa.

“Əlcəzirə” kanalı iyirmi neçəsə ərəb ölkəsində mövcud olan minlərlə TV, radio, qəzet, agentliyin cəmindən daha böyük informasiya mənbəyidi. Bütün dünya ərəbi “Əlcəzirə”də eşidir. Niyə? Sözü azad deyir, ona görə!

korea

Dünyada səsinin eşidilməsini istəyirsənsə, söz və ifadə azadlığına meydan verəcəksən. Çünki dünyada yalnız sərbəst ifadə olunan sözə inanır, dəyər verir, eşidirlər.

Anar Məmmədxanlının “day.az” saytı ümumrus media arealında boy verməyə başlamışdı. “Zerkalo” bütün Qafqazda ən iri rusdilli qəzet idi. “Turan” informasiya agentliyi dünyanın aparıcı mətbuatının, analitik araşdırma mərkəzlərinin istinad mənbəyiydi. Onlar buna öz səhifələrində sözün cilovunu azad buraxmaqla nail olmuşdular.

“Dünya ictimaiyyəti bu ədalətsizliyə  hələ də susur”, deyə car çəkirik. Hansı haqla dünyadan ədalət istəyirik? “Dünya ictimaiyyəti”nin ədalətli sözün yanında durduğunu bilə-bilə.

“Azərbaycan həqiqətləri”ni beynəlxalq aləmə nəylə çatdırırıq? Səsi mikrorayona yetməyən “Səs” qəzetiyləmi?

“Turan” azad mətbuatımızın  qaranquşlarındandı. İndi ocağın son şöləsi kimidi. Azad mətbuat ocağımızı Zərdabi üfürə-üfürə közərdib, Mirzə Cəlil alovlandırıbsa, Mehman Əliyev də bu anadək qoruyub.

Bu gün Mehman Əliyevi həbs edib, “Turan”ı qapadırıq. Həm dövlət, həm də xalq olaraq.

Əslindəsə özümüzü zülmətxanaya salırıq. Elə zülmət dünyasına ki, oradan heç bir mehmanın xilasına təminat yoxdu.

Qapadanların belə…

Vahid Qazi

25 avqust 2017

Dərc olundu: Contact.az“Azadlıq” radiosuBizimyol.info, Qaynarinfo.az, Anews.az, Xudaferin.eu, Arqument.azVipmedia.info, Afn.az, Pressclub.az, Xural.com, Fedai.azBastainfo.com,

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma