Məhsəti Şərif “Çöl Qala”dan yazdı

Mehseti Serif”Çöl Qala”

Vahid Qaziylə bəlkə bir və ya iki dəfə rastlaşmışam. O tanınan yazar, mən isə tanınmayan gənc jurnalist olduğum üçün bəlkə də realda məni diqqətə almayıb. Amma mən nədənsə hər zaman Vahid Qazi deyəndə ürəyimdə bir sıcaklık olurdu. Sonra sosial şəbəkədə ara-sıra söhbət edirdik. Özünün xəbəri olmasa da, onun blokunun oxucusuyam. “Çöl Qala” əsərini yazdığını duyanda da, duyğusal insan hər halda Şuşadan yazıb, dedim. Çünkü Şuşada Çöl Qala məscidinin olduğunu bilirdim.

Kitabın təqdimatı keçirildi. Mənsə onun çap olunmamış variantını oxudum. Texniki səbəblərdən əsəri oxumaq bir az gec oldu. Bir neçə saata oxudum. Aramla, sindirə-sindirə. Əslində Şuşaya bu əsərin yalnız duyğusal bağı varmış. Anladım, əslində yazar başqa araşdırma arxasınca gedib, amma tam başqa əsərlə qarşımıza çıxıb.

Mən hansısa əsəri müzakırə etməmişəm indiyədək. Oxumuşam, ya bəyənmişəm, ya da əksinə. İstənilən halda susmuşam. Vahid Qazidə başqalarında olmayan cəsarəti gördüm. Mənə ”oxuyun, fikirlərinizi bilmək maraqlı olar” dedi. Əsəri oxuyub tək kəlmə yaza bildim ona: “Mənə bir gün vaxt verin. Əsərin təsirindən çıxım”.

Amma bir az zor gəlir. Dünəndən ya rəssam oluram, ya da rejissor qadın. Görmədən, toxunmadan sevilməyi öyrənirəm. Əslində düşünürəm yaxşı ki, Vahid Qazinin qəhrəmanları görüşməyib. Yoxsa hər şey bu qədər saf olmazdı. Qəhrəmanların söhbətindən o qədər bol informasiya aldım ki, əslində nədən bu insanlar özlərini gizlədib deyə də düşündüm. Amma bir tərəfdən də Azərbaycanda dul qadın reallığı canlanıb bu əsərdə. Daxilində cəsarətli, virtual olaraq hər şeyi danışa bilən, amma realda cəmiyyətin müzakirə və qınağından çəkinən xəyanətə uğramış Azərbaycan qadını…
Bir tərəfdə də hər kəsin gözəlliyinə valeh olduğu bir qadınla ailə quran, amma daxili yanlızlığından qurtala bilməyən, evindəki qadınla yalnız intim bağlantısı olan, həmsöhbət ola bilməyən Azərbaycan kişisi…

Əsər bu iki insanın yarışmalarından ibarətdir. Amma o qədər incə məqamlar var.

Məsələn, dünyanı gəzən məhşur rəssamın mənəvi ehtiyacını yalnız üzünü görmədiyi qadın ödəyə bilir. Rəssam əslində bizik. Hər birimizin içində bir rəssam var. Mən məsələnin virtual həyatla əlaqəsindən yazaraq, olayı primitivləşdirmək istəmirəm. Sadəcə, ürəyimin bir küncündə də virtual xəyanətə uğramış bir qadın daha var. Əslində hər şeydən xəbəri olan rəssam ərinin son,  tamamlamadığı əsərinin ona həsr edilmədiyini bilən, yalnız hələ də qürurla dayanan qadın! Bizim içimizdə o qadından da var. Ərinin xəyanət əsərini dünyaya tanıdan qadın qədər möhkəm deyilmiyik?..

Vahid Qazinin bu povesti içimdə o qədər qarmaqarışıq duyğular oyatdıki… ilk işim həyat yoldaşımın sosial şəbəkələrdəki şifrlərini necə ələ keçirə bilərəm oldu.  Sadəcə, ərinin yarımçıq tablosunu gəzdirən qadın olmamaq üçün mənəvi yükümü ölçmək üçün…

Vahid Qazi, bir daha masaların üzərindəki cızmaqaraları araşdırmayın… Qəhrəmanınızın dediyi kimi,  “Biz özgənin yaratdığı dünyada yaşayırıq. Fərq etməz o dünya nədən yaranıb, Allahın “Ol!” əmrindən, ya elmin dediyi Böyük Partlayışdan! Bizə öz dünyamız lazımdır. Hər kəs özünü kirayənişin sandığı özgə dünyadan yeni dünyaya, özünün yaratdığı, sahibi olduğu dünyaya can atır. Öz dünyasını yarada bilən insanlığın sirrini açmış kimidir”.

Məhsəti Şərif

Dərc olundu: modern.az, moderator.az

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma