“Çöl Qala” oxuculara təqdim olunacaq

Qiz Qalasinda Col Qala 7 may

“Çöl Qala” oxuculara təqdim olunacaq

Mayın 7-də Bakıda publisist Vahid Qazinin “Çöl Qala” kitabının təqdimatı keçiriləcək.

“Qız Qalasında Çöl Qala” adlı təqdimat mərasimi saat 12-də İçərişəhərdə “Elman dayının dükanı” kimi tanınan kitab mağazasının önündə olacaq. Mağaza Qız qalasının arxasında, Karvansaraya gedən yolun üstündə, Qüllə küçəsi, 10 ünvanında yerləşir.

Bakı Kitab Klubunun nəşr etdiyi kitabın redaktorları Hikmət Sabiroğlu və İmran Bədirxanlıdır. Kitabın arxa səhifəsində filosof Ağalar Məmmədovun, yazıçı Mehriban Vəzirin, ədəbi tənqidçilər İradə Musayeva və Tehran Əlişanoğlunun əsər və müəllif haqda rəyləri verilib.

“Sabahların sahibi bu günün azad gəncliyinə həsr olunan” povest müasir insan həyatının bir parçasına çevrilmiş sosial şəbəkələrdə yaşanan virtual həyatdan bəhs edir. İnsanları bura çəkən hansı istəkdir, qüvvədir? Asılılıq dərəcəsinə çatan bu vərdişin səbəbi nədir? İnsan real həyatdan yorulub bəlkə? Bəlkə bəşəriyyət gələcək virtual həyata beləcə “köçür” aramla? Otuz, əlli, yüz il sonranın insanı hansı dünyada yaşayacaq? Ola bilsin, biz o virtual aləmin pionerləriyik, xəbərimiz yoxdur?

Müəllif hesab edir ki, “Çöl Qala” povestinin məzmunu onun qəhrəmanlarından birinin dediyi bu cümlələrdə açılır: “Biz özgənin yaratdığı dünyada yaşayırıq. Fərq etməz o dünya nədən yaranıb, Allahın “Ol!” əmrindən, ya elmin dediyi Böyük Partlayışdan! Bizə öz dünyamız lazımdır. Hər kəs özünü kirayənişin sandığı özgə dünyadan yeni dünyaya, özünün yaratdığı, sahibi olduğu dünyaya can atır. Öz dünyasını yarada bilən insanlığın sirrini açmış kimidir”.

Novator.az

Xəbər dərc olundu: Qafqazinfo.az, Musavat.com, Teleqraf.com, Bastainfo.com, Moderator.az, Axar.az, Qaynarinfo.az, Turkustan.info, Kulis.az, Terefdar.az

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma