İnsanına dəyər verməyən dövlət dağına, daşına, dərəsinə, düzünəmi dəyər verəcək?!

Avropa parlamenti

Azərbaycan ayıbları

Dünən Avropa Parlamenti müstəqilliyini Avropa vektorlu ümumbəşər dəyərlər təməlində qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi elan edən bir dövlət haqqında onun müstəqillik tarixi ərzində ən utancverici bir qətnamə qəbul elədi.

Avropadan, bütün dünyadan haqq, ədalət uman dövlət haqqsızlıq, ədalətsizlik mücəssiməsi kimi – vətəndaşının söz və ifadə azadlığını tanımayan, haqqını boğan, ədalətini tapdayan, varını talan edən bir dövlət kimi təqdim olundu.

Car çəkdiyimiz “Azərbaycan, Qarabağ həqiqətləri” elə o qətnamədə sadalananlarmış demə. Bu həqiqətlərimizimi bildirmək istəyirdik dünyaya?! Bunlar ki, həqiqətimiz yox, ayıblarımızdı!

Bundan sonra o qətnamə ilə mahiyyəti açılan, portreti çəkilən bir dövlətin Qarabağ harayınamı qoşulacaq ona səs verən Avropa parlamentariləri? İnsanına dəyər verməyən dövlət dağına, daşına, dərəsinə, düzünəmi dəyər verəcək?! Bu səmimiyyətləmi inandırmaq istəyirik dünyanı?

100 il əvvəl haqq dalınca Avropaya üz tutan İstiqlal atalarımız bunumu istəyirdi? Bəlkə Avropa institutlarına üzv olmaq üçün illərlə çabalar verən biz yox, başqaları imiş?

Bütün dünyanın Avropaya axışdığı, Avropaya qiblə kimi üz tutduğu zamanda ondan üzmü döndəririk?

Üzümüzü hara tuturuq?

Rusiyaya? Anamızın anasını belə ağlar qoyan dövlətə? Boynumuza zəncir keçirib ucunu erməniyə verənə, bizi əsir-yesir edənəmi bel bağlayacağıq yenə? Öz vətəndaşına gün ağlamayan bizə nə gün ağlayacaq?

Bəlkə İrana, yaxud islam dünyası dediyimiz o bəxtiqara, ac-yalavac ümmətədi ümidimiz? Ötən əsrin 60-70-ci illərinin Tehranına, Bağdadına, Kabuluna, Dəməşqinə şəkillərdə, bu gününə TV-lərdə baxıram. Vətənimin gələcəyini bu ölkələrin taleyi kimi düşünəndə ətim ürpəşir! Boğazımı qəhər tutur!

…İnsana və insanlığa dəyər verən tək ünvanımız var – Avropa!

Avropadan kənarda bizi qaranlıq bir gələcək gözləyir! Buna, bax, elə bu sübh çağı pəncərəmdə doğan Günəşin varlığına inandığım qədər inanıram!

İndi seçim öz əlimizdədir!

Əlimizdədirmi?!

Vahid Qazi

11 sentyabr 2015

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma