GÖZLƏRDƏKİ SEVİNCİN ÜNVANI

GÖZLƏRDƏKİ SEVİNCİN ÜNVANI

 Asəf Quliyev

“Ağdam – Qafqaz Xirosması və ruhlar şəhəri” sərgisinə və “Qafqaz Xirosiması” filminə baxan uşaqların gözündəki kədəri görəndən sonra özümlə bir az söhbət elədim. İlk yadıma düşən bir ahıl yaşlı ingilisin mənə neçə il bundan əvvəl dedikləri oldu.

Həmin ingilislə həmyaşıd olan yəhudi dostuna valideynləri heç vaxt alma vermirlərmiş. Valideynlər həmişə övladlarına bildirirmişlər ki, sənin almaların “müqəddəs torpaqdadır”, əgər alma yemək istəyirsənsə, sən gərək o torpaqları azad edib orada öz dövlətini qurasan. Bax o zaman doyunca alma yeyə bilərsən.

Bu əhvalat II Dünya Müharibəsindən sonra olub. Sonra həmin yəhudi oğlan İsrail ordusunun əsgəri kimi döyüşlərdə iştirak edir və sair və ilaxır. Bu yəhudi oğlan haqda çox danışmışdı ingilis həmsöhbətim. Amma mən o yəhudi haqda danışmıram.

Necə deyərlər, özümüzdən danışıram.

Övladlarımıza verdiyimiz tərbiyə vətənə sahiblik hislərinin yaranmasına xidmət edirmi?

Ritorik sual deyilmi?

Bu ritorik sual ətrafında düşünməyə dəyməzmi? Bəlkə də dəyər.

Bizim torpağımızın bir hissəsi yoxdur. Bir millət olaraq. Əvəzində bir millət olaraq nələrimiz var? Hər şeyimiz. Pulumuz, nailiyyətlərimiz və daha nələrimiz, nələrimiz…

Bu nələri də sadalamayaq, çünki bu olanların nə əhəmiyyəti var ki? Onda gəlin fikirləşək bizə daha çox nə lazımdır? Nə?

Əgər bizə rahat həyat lazımdırsa, onda torpağı neyləyirik? Əgər torpaq lazımdısa, onda itirdiyimiz torpaq üçün nəyisə qurban verməliyik axı. Bir millət olaraq.

Məsələn rahatlığımızı.

Amma biz nə millət olaraq, nə də fərd olaraq qurban verməyə hazır deyilik.
Bir millət olaraq hazır deyilik ona görə ki, sosial ədalət olmayan yerdə millət bir olmur. Fərd olaraq da hazır deyilik, çünki cəmiyyətdə sosial ədalət yoxdur.

Biz uşaqlarımızın gözündə olan kədəri silməyə çalışırıq. Bacardığımız kimi. Amma uşaqlarımıza başa salmalıyıq ki, onların gözündəki sevinc haradadır.

Onlar bizə inanacaqmı? Demək çətindir.

Çünki həmyaşıdlarının gözündəki sevincin ünvanının başqa yerdə olduğunu bilirlər onlar.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma