Ağdam şəhəri

Ağdam şəhəri

Qan TURALI

Səhər işə gələndə bu yazımın ilk cümlələrini yazırdım.

Qarşıma bir rus qadını çıxdı, yol dar idi.

Pilləkənlərin üstünə çıxıb ona yol verdim, qadın dar yolu keçib getdi.

Nə düşündüsə, bir neçə addım sonra arxaya dönüb dedi:

“Neçə ildir ilk dəfə görürəm ki, bir bakılı yol verir mənə”.

Beynimdəki yazını oxumuşdu sanki.

Metroda Vahid Qazinın Ağdam haqda olan “Ruhlar şəhəri”ni oxuyurdum.

Azərbaycanın şəhərlərini çox sevirəm.

Bir də kəndlərini.

Rayon mərkəzləri yad gəlir mənə.

Bir zamanlar Ağdam deyə bir şəhər varmış.

Orda uşaqlar yaşayırmış, hokkeyçi Xarlamovu tanıyan, “Futbol və xokkey” oxuyan.

Bethoveni dinləyən, futbol oynayan uşaqlar vardı.

İndi nə var?

Xarabalıqlar, ruhlar şəhəri…

Yuxularda görülən bir şəhər…

Demək, şəhərimiz çox imiş.

Doğulduğum şəhər də mən uşaq olanda bu cür şəhər idi.

Ağdam kimi işğal olunmadı, amma cəhalət, nadanlıq işğal etdi onu.

Mən hibrid ziyalılar kimi rus, erməni, yəhudi xiffəti çəkmirəm.

Sadəcə, bir şəhər istəyirəm.

Uşaqların futbol oynadığı, hokkeyə baxdığı, basketboldan danışdığı, kitabxanadan kitab aldığı, skripka çaldıqları bir şəhər…

Məgər bu çoxdur?

 “Kulis.az”, 23 sentyabr 2011

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma