“İnsan məscidə girəndə siyasəti, partiyanı, ideyanı unutmalıdır”
“Söhbət seçki sisteminin təkmilləşdirilməsindən daha çox vətəndaş cəmiyyətinin seçki prosesinə təsiri mexanizmlərindən getsə yaxşıdır”. “Vətəndaş cəmiyyəti” jurnalına müsahibə.
– Azərbaycanda vətəndaş cəmiyyəti son 20 ildə hansı inkişaf mərhələlərini kecib?
– Azərbaycanda müstəqil təşəbbüs qrupları, dərnək və birliklər kimi ictimai təşkilatlanmanın ilk rüşeymləri Sovet İttifaqının sonu və müstəqilliyin ilk illərinə təsadüf edir. Bu birliklər kommunist ölkələrində – Mərkəzi-Şərqi Avropada və Sovet İttifaqında partiya nomenklaturasına aidiyyatı olmayan müxalif düşüncəli ziyalıların öz fikirlərini ifadə etməsinə şərait yaradan geniş ictimai forumlara ehtiyacdan yaranırdı. Belə bir vəziyyətdə yenicə yaranmaqda olan vətəndaş cəmiyyətləri kommunist elitaları kimi güclü şəbəkələrə malik olmadan özləri-özlərini fondlaşdırırdılar. Məhz həmin qeyri-formal şəbəkələr kommunist repressiyalarına qarşı mübarizə aparır və demokratik prinsipləri inkişaf etdirməyə çalışırdı.
Kommunizmin çökməsindən sonra yaranan 28 müstəqil ölkədən biri kimi Azərbaycanda da tədricən siyasi partiyalarla ictimai təşkilatların kəsişmə nöqtəsində çalışan və siyasi fəaliyyətlə ictimai fəaliyyət arasında vətəndaş cəmiyyətinin yeni təbəqəsi formalaşmağa başladı. İlk olaraq insan hüquqları və demokratiya problemləryilə məşğul olan QHT-lər meydana çıxdı.
Ötən əsrin 90-cı illərinin ortalarından başlayaraq digər sferalarda da fəaliyyət göstərərn QHT-lər yarandı. Bu, ilk növbədə ABŞ və Avropa ölkələrindən olan donor təşkilatların və bir çox beynəlxalq qurumların Azərbaycanda fəaliyyətlərini genişləndirmələri ilə əlaqədar idi. Vətəndaş cəmiyyətinin yaranma mərhələsində rastlaşdığı maneələri hökumət strukturları, ayrı-ayrı məmurlar yaradırdılar. Onların müstəqil qurumların mövcudluğuna vərdişinin olmaması, onları həzm edə bilməməsi ciddi çətinliklər yaradırdı. Təkcə bir faktı deyim mənzərə Sizə aydın olsun: “İnam” Plüralizm Mərkəzi dövlət qeydiyyatı üçün 11 il mücadilə edib. Belə faktlar onlarla, yüzlərlədir.
Sonrakı mərhələdə dövlətin, məmurların vətəndaş cəmiyyətinə münasibəti dəyişdi. Artıq QHT-lərlə bağlı qanunlar yarandı, dövlət Şurası formalaşdı. İndi dövlət bir çox sahələrdə QHT-ləri öz partnyoru kimi görür. Əsas problem QHT-biznes münasibətlərinin qurulmamasıdır ki, güman edirəm yaxın gələcəkdə bəlkə bu sahə də irəliləyiş oldu.
– Seçki sisteminin təkmilləşdirilməsi istiqamətində hansı nailiyyətlər əldə olunub?
– Söhbət seçki sisteminin təkmilləşdirilməsindən daha çox vətəndaş cəmiyyətinin seçki prosesinə təsiri mexanizmlərindən getsə yaxşıdır. Seçki sistemi ilbəil təkmilləşdirilir, amma bu, seçkilərin keyfiyyətində irəliləyiş yaradırmı, bax bu sual ətrafında düşünmək lazımdır. İstər Sizin qoyduğunuz, istərsə də mənim dediyim sahələrdə QHT-lər mövcud seçki iştirakçılarından daha effektli işləyə bilərlər. Bizim QHT-lər seçki sahəsində xeyli yerli və xarici təcrübəyə malikdirlər, bu potensialdan yararlanmaq lazımdır.
– Dinin vətəndaş cəmiyyətində rolunu necə xarakterizə etmək olar?
– Dini icmalar da vətəndaş cəmiyyətinin üzvləri sırasındadır. Vətəndaş cəmiyyəti partiyalar kimi siyasətlə birbaşa məşğul olmasa da, bilavasitə siyasətin içindədir. Odur ki, sualınıza Məmməd Əmin Rəsulzadənin fikirlərilə cavab verərdim. O yazırdı: “İnsan məscidə girəndə siyasəti, partiyanı, ideyanı unutmalıdır, Allaha ibadət etməlidir. Ümumiyyətlə, ruhanilər siyasətlə məşğul olmamalıdır, məscid siyasi mübarizədən kənarda qalmalıdır”. Bu sözlər həm də siyasətlə bilavasitə məşğul olan vətəndaş cəmiyyətinə də şamil edilə bilər. Dinin hakim olduğu vətəndaş cəmiyyətlərinə də rast gəlinir, elə yaxın qonşuluğumuzda belə cəmiyyət var. Sualınız bizim vətəndaş cəmiyyətimizə aid olduğundan elə M.Ə. Rəsulzadənin fikirləriylə də kifayətlənirəm.
– Vətəndaş cəmiyyətinin mühüm institutlari kimi bələdiyyələr Azərbaycanda özünü doğruldubmu?
– Sualınızın qısa cavabı belıdir: “yox”. Bunun bir sıra səbəbləri var ki, bu səbəblərin ən yaxşı araşdırmaçıları elə vətəndaş cəmiyyətinin digər institutu olan QHT-lərdir. Biz hələ də bələdiyyələrin timsalında özünüidarə institutunu formalaşdıra bilməmişik. Təəssüflər olsun ki, bu yöndə hərəkət geri istiqamətlidir.
“Vətəndaş cəmiyyəti” jurnalı
Noyabr 2011
ə hansı inkişaf mərhələlərini kecib?
– Azərbaycanda müstəqil təşəbbüs qrupları, dərnək və birliklər kimi ictimai təşkilatlanmanın ilk rüşeymləri Sovet İttifaqının sonu və müstəqilliyin ilk illərinə təsadüf edir. Bu birliklər kommunist ölkələrində – Mərkəzi-Şərqi Avropada və Sovet İttifaqında partiya nomenklaturasına aidiyyatı olmayan müxalif düşüncəli ziyalıların öz fikirlərini ifadə etməsinə şərait yaradan geniş ictimai forumlara ehtiyacdan yaranırdı. Belə bir vəziyyətdə yenicə yaranmaqda olan vətəndaş cəmiyyətləri kommunist elitaları kimi güclü şəbəkələrə malik olmadan özləri-özlərini fondlaşdırırdılar. Məhz həmin qeyri-formal şəbəkələr kommunist repressiyalarına qarşı mübarizə aparır və demokratik prinsipləri inkişaf etdirməyə çalışırdı.
Kommunizmin çökməsindən sonra yaranan 28 müstəqil ölkədən biri kimi Azərbaycanda da tədricən siyasi partiyalarla ictimai təşkilatların kəsişmə nöqtəsində çalışan və siyasi fəaliyyətlə ictimai fəaliyyət arasında vətəndaş cəmiyyətinin yeni təbəqəsi formalaşmağa başladı. İlk olaraq insan hüquqları və demokratiya problemlərilə məşğul olan QHT-lər meydana çıxdı.
Ötən əsrin 90-cı illərinin ortalarından başlayaraq digər sferalarda da fəaliyyət göstərərn QHT-lər yarandı. Bu, ilk növbədə ABŞ və Avropa ölkələrindən olan donor təşkilatların və bir çox beynəlxalq qurumların Azərbaycanda fəaliyyətlərini genişləndirmələrilə əlaqədar idi. Vətəndaş cəmiyyətinin yaranma mərhələsində rastlaşdığı maneələri hökumət strukturları, ayrı-ayrı məmurlar yaradırdılar. Onların müstəqil qurumların mövcudluğuna vərdişinin olmaması, onları həzm edə bilməməsi ciddi çətinliklər yaradırdı. Təkcə bir faktı deyim mənzərə Sizə aydın olsun: “İnam” Plüralizm Mərkəzi dövlət qeydiyyatı üçün 11 il mücadilə edib. Belə faktlar onlarla, yüzlərlədir.
Sonrakı mərhələdə dövlətin, məmurların vətəndaş cəmiyyətinə münasibəti dəyişdi. Artıq QHT-lərlə bağlı qanunlar yarandı, dövlət Şurası formalaşdı. İndi dövlət bir çox sahələrdə QHT-ləri öz partnyoru kimi görür. Əsas problem QHT-biznes münasibətlərinin qurulmamasıdır ki, güman edirəm yaxın gələcəkdə bəlkə bu sahə də irəliləyiş oldu.
– Seçki sisteminin təkmilləşdirilməsi istiqametinde hansi nailiyyetler elde olunub?
– Söhbət seçki sisteminin təkmilləşdirilməsindən daha çox vətəndaş cəmiyyətinin seçki prosesinə təsiri mexanizmlərindən getsə yaxşıdır. Seçki sistemi ilbəil təkmilləşdirilir, amma bu seçkilərin keyfiyyətində irəliləyiş yaradırmı, bax bu sual ətrafında düşünmək lazımdır. İstər Sizin qoyduğunuz, istərsə də mənim dediyim sahələrdə QHT-lər mövcud seçki iştirakçılarından daha effektli işləyə bilərlər. Bizim QHT-lər seçki sahəsində xeyli yerli və xarici təcrübəyə malikdirlər, bu potensialdan yararlanmaq lazımdır.
– Dinin vətəndaş cəmiyyətində rolunu necə xarakterizə etmək olar?
Dini icmalar da vətəndaş cəmiyyətinin üzvləri sırasındadır. Vətəndaş cəmiyyəti partiyalar kimi siyasətlə birbaşa məşğul olmasa da, bilavasitə siyasətin içindədir. Odur ki, sualınıza Məmməd Əmin Rəsulzadənin fikirlərilə cavab verərdim. O yazırdı: “İnsan məscidə girəndə siyasəti, partiyanı, ideyanı unutmalıdır, Allaha ibadət etməlidir. Ümumiyyətlə, ruhanilər siyasətlə məşğul olmamalıdır, məscid siyasi mübarizədən kənarda qalmalıdır”. Bu sözlər həm də siyasətlə bilavasitə məşğul olan vətəndaş cəmiyyətinə də şamil edilə bilər. Dinin hakim olduğu vətəndaş cəmiyyətlərinə də rast gəlinir, elə yaxın qonşuluğumuzda belə cəmiyyət var. Sualınız bizim vətəndaş cəmiyyətimizə aid olduğundan elə M.Ə. Rəsulzadənin fikirləriylə də kifayətlənirəm.
– Vətəndaş cəmiyyətinin mühüm institutlari kimi bələdiyyələr Azərbaycanda özünü doğruldubmu?
– Sualınızın qısa cavabı “yox”dur. Bunun bir sıra səbəbləri var ki, bu səbəblərin ən yaxşı araşdırmaçıları elə vətəndaş cəmiyyətinin digər institutu olan QHT-lərdir. Biz hələ də bələdiyyələrin timsalında özünüidarə institutunu formalaşdıra bilməmişik. Təəssüflər olsun ki, bu yöndə hərəkət geri istiqamətlidir.
Geri bildiriş: “Danışım, gör məni” (müsahibələr) | Vahid Qazinin bloqu