“Ola bilər, Türkiyə Qarabağ yükünü daşımaqdan yorulub”

“Ola bilər, Türkiyə Qarabağ yükünü daşımaqdan yorulub”

Gülün Ermənistana səfəri istər bizdə, istərsə də Türkiyədə birmənalı qarşılanmayıb. Bu haqda bütün deyilənlər yalnız hadisənin gürünən tərəfinə, yəni fakta əsaslanır. Əsl mahiyyət və məqsəd barədə bizə heç nə məlum deyil. Nə baş verdiyini anlamaq üçün bir qədər vaxta ehtiyac var.

Regionda yeni vəziyyət yaranıb, özü də bu təhlükəsiz vəziyyət deyil. Adətən belə situsiyalarda hər kəs öz başının çarəsinə qalır. Ötən əsrin 20-ci illərini də unutmaq olmaz. Başımıza çarə qıla bilmədik, əvəzində müstəqilliyi itirdik. Mən vəziyyəti bu həddə qorxulu saymıram, sadəcə deyirəm ki, Türkiyə birinci öz problemini həll edəcək. Hətta bu bizim xeyrimizə olmasa belə. Türkiyəni ilk növbədə öz dövlət maraqları düşündürür. Burada qeyri-təbii heç nə yoxdur.

Ola bilər ki, Türkiyə Qarabağ yükünü daşımaqdan yorulub. Bu konflikt bizimlə bərabər bu illər ərzində Türkiyə üçün də boyunduruğa çevrilib. Biz qardaşıq, amma bir qardaş digərinin yükünü ömrü boyu çəkəsi deyil. Üstəlik o qardaş tənbəldirsə, öz problemini həll edə bilmirsə və buna cəhd göstərmirsə. 6-7 il əvvəl Bakıda zəlzələ olanda hamı öz canını, uzaq başı uşaqlarını götürüb qaçdı. Sonra, xeyli sonra qorxu canına bir az dinclik verəndə qardaş-bacısını axtardı. İndi Qafqazda “zəlzələ” olub, düzdür tam dağıdıcı deyil, amma hər halda xof yarada bilib.

Gül Ermənistana səfər etməklə konfliktin həllinə liberal yanaşma nümayiş etdirir. Onun bu hərəkəti Avropanın xoşuna gələcək. Amma Türkiyənin Avropa problemini həll edəcəkmi? Ermənistan Rusiyanın iradəsindən kənar siyasət yeritməyəmi başlayıb? Hər iki suala cavabım müsbət deyil. Əgər türk rəsmiləri o fikirdədirlər ki, ermənilər Qarabağ əvəzinə Ağrı (Ararat) dağını unudacaq, tarixi səhvə yol verirlər. Unutmasınlar ki, ermənilərin Ararat dərdi Qarabağ dərdindən daha dərindir.

«Media forum»

2 sentyabr 2008

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma