Ağdamı görməyən Ağdamlı uşaqlar “Qafqaz Xirosiması” filmini bu baxışlarla seyr etdilər.

Mayın 18-də Ağdamın Quzanlı qəsəbəsində «Ağdam – Qafqaz Xirosiması və ruhlar şəhəri» adlı sərgisinin açılışı olub.

Layihənin rəhbəri Vahid Qazi AzadlıqRadiosuna bildirib ki, həyata keçirilən bu işin məqsədi Qarabağ həqiqətlərini daha sadə yolla – fotofaktlarla dünya ictimaiyyətinə çatdırmaqdır. Onun sözlərinə görə sərgidə Ağdamda işğaldan əvvəl və sonra çəkilmiş, xüsusi formada hazırlanmış 60 foto nümayiş etdirilir.

Sərgidə layihə çərçivəsində ingilis, alman, rus və azərbaycan dilində hazırlanmış, Ağdam şəhərinin işğaldan əvvəlki və işğaldan sonrakı vəziyyətini əks etdirən 8 dəqiqəlik film nümayiş etdirilib.

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı, «Qarabağ İctimai Forumu»nun (QİF) təşkilatı dəstəyi ilə İnam Plüralizm Mərkəzinin həyata keçirdiyi sərgi 3 gün davam edəcək.

«Ağdam – Qafqaz Xirosiması və ruhlar şəhəri» sərgisi ilk dəfə ötən il iyulun 23-dən 30-dək Bakıda keçirilib. Həmin il oktyabrın 28-də fotosərgi Almaniya paytaxtı Berlində, Azərbaycan səfirliyinin binasında da keçirilib.

Azadlıq radiosu


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma